Fontu böyüt:
“Xalq kompüteri” layihəsi çərçivəsində artıq 7695 kompüter satılıb. Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, HP və Microsoft şirkətləri tərəfindən keçirili və müəllimlərə 12 aylıq sərfəli kreditlə satışına imkan yaradır.
Layihənin ikinci hissəsi 2009-cu ilin 18 noyabr tarixində başlamışdır və komputerləri artıq yalnız məktəb müəllimləri deyil həm də ali təhsil müəssisələrinin müəllimləri əldə edə bilərlər.
Komputer əldə etmək üçün müəllim http://www.xalqkomp.az saytına daxil olaraq komputerin modelni seçməli sonra saytda yerləşdirilimiş müqaviləni printerdən çıxarmaq və imzalamalıdır. Müqavilə məktəb direktoru tərəfindən təsdiq edildikdən sonra Təhsil Nazirliyinin İnformasiya Sistemləri İdarəsinə (və ya RİTN-nin İnformsaiya Cəmiyyəti şöbəsinə) poçt vasitəsilə göndərmək lazımdır.
Müqavilə satışı reallaşdıran BestComp Group (HP və Microsoftun yerli partnyoru) tərəfindən yoxlanıb təsdiq edildikdən sonra alıcıya (məktəbə) müqavilənin sürəti və sifariş olunmuş komputer göndərilir.