Fontu böyüt:
7 ildir davamlı olaraq keçirilən “Onlayn Media” təlimləri jurnalistlərə, bloqçulara, jurnalist tələbələrə İKT biliklərinə yiyələnməyə şərait yaradır. Təlimlərə bu il mən də qatıldım.
Peşəkar, İKT sahəsində öz sözünü
deyən şəxslər bizə təlim keçdilər. Açılış
nitqində Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, bu layihə elektron hökumət quruculuğuna, onlayn medianın sürətli inkişafına,
informasiya cəmiyyətinin genişlənməsinə təkan verəcək. Tədbirdə RYTN-nin əməkdaşı Kamal Məmmədov, AMEA-İTİ-nin Tədris mərkəzinin
rəhbəri Rəsmiyyə Mahmudova və Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmisi Ulduzə Xəlilova
İKT sahəsindəki inkişafdan, elektron
hökumət quruculuğundan danışdılar.
Təlimin ilk günü Elektron Hökumət
Portalının məsul nümayəndəsi Qədir Qədirov
E-hökumət portalında mövcud xidmət növlərini
açıqladı. E-gov.az 42 dövlət qurumu üzrə 380-dən artıq xidməti özündə birləşdirir.
2015-ci ilə qədər bu xidmətlər 1500-ə çatacaq.
Portalın nümayəndəsi E-gov.az-dan
yararlanmağın yollarını göstərdi, yəni autentifikasiya vasitələrini bizə öyrətdi.
Portaldan 3 yolla qeydiyyatdan keçmək olar: E-imza kartı, Login parol, Mobil autenfikasiya
ilə. Burada əsas məqam E-gov.az
portalından qeydiyyatdan keçərkən istifadəçidən sürücülük vəsiqəsinin və xarici
pasportunun tələb olunması idi. Deməli, qeydiyyatdan keçmək hər kəs üçün əlçatan
deyil. Bu sistemi yəqin daha asanlaşdırmaq
olar.
Qədir Qədirov isə təhlükəsizlik
baxımından bu fikrin düzgün olmadığını bildirdi. Çünki insanların şəxsi
informasiyaların qorunmasının mühüm məsələ olduğunu mənə izah etdi.
Ulduzə Xəlilova isə bizə elektron
xidmətlərin təşkili, elektron xidmətə qoyulan tələblər haqda danışdı. “Asan
Xidmət”in fəaliyyəti barədə məlumat verdi. Rahatlıq, şəffaflıq və operativlik başlıca
amillərdir. Önəmli məqamlardan biri də elektron xidmətlər haqqında əhalini
bilgiləndirməkdir. Əksər insanlar bundan xəbərsizdir.
Növbəti gün Şaiq Muradov və Elşad
Yusifli təlim keçdilər. Şaiq Muradov özünün startap layihəsi olan gənc sosial
media mütəxəssisdir. O sosial media alətləri, sosial şəbəkələrdən danışdı. Həyatımızın
sosial şəbəkələrdən xeyli asılılığını görmüş oldum. Jurnalistlərin işini xeyli asanlaşdıran
proqramları da qeyd etdi.
Daha sonra Elşad Yusifli təlimə
başladı. O bizə rəqəmli jurnalistika, onlayn jurnalistikada necə gəlir əldə etmək,
onlayn resursu necə tanıtmaq məsələlərinə toxundu.
Üçüncü gün İT mütəxəssisi Rəcəb Davudov3G və 4G texnologiyasını izah etdi. Jurnalistlər üçün
faydaları cəhətlərini izah etdi. Mobil texnoloji yenilikləri, GSM və CDMA şəbəkəsini
izah etdi.
Sonrakı təlimdə Seymur Kazımov media
etikası problemini qabartdı. Doğruluq,
dürüstlük, şəxsi həyat toxunulmazlığı anlayışları araşdırdı. Bəlkə də onlayn
jurnalist üçün birinci şərt elə budur.
Daha sonra Azər Nəzərov və Ələsgər
Məmmədli təlim keçəcəkdi. Azər bəy media
mütəxəssisi olaraq onlayn resursda xəbəri təqdim etməyin yollarını bizə göstərirdi.
Video və fotoda etika amilini önə çəkdi. Həm də
video çəkərək onun üzərində əyani şəkildə göstərdi. Hüquqşünas Ələsgər Məmmədli
isə informasiya almağın hüquqi tərəflərini izah etdi. Məlum oldu ki,
auditoriyada əyləşən jurnalistlərin əksəriyyəti, mən də daxil olmaqla öz hüquq
və vəzifələrimizi yaxşı dərk etməmişik. Xüsusilə özəl və ictimai mülkiyyət
anlayışları bizlər üçün aydın oldu. Çünki biz-jurnalistlər belə hallarla
tez-tez qarşılaşırıq. Müsahibə almağa gedəndə bizi əraziyə buraxmırlar. Səbəb
kimi buranın özəl mülkiyyət olmasını əsas gətirirlər.
Son təlim günü yaddaqalan oldu.
Tural Məmmədov və Fərid Əhmədov informasiya təhlükəsizliyi, kibercinayətkarlıq,
sosial mediadan təhlükəsiz istifadə barədə danışdılar. Bizim üçün maraqlı məqam
fərdi informasiyaların necə qorunması idi. Təlimçilər buna da aydınlıq gətirdilər.
Fərid Əhmədov bildirdi ki, məxfi informasiyaları email-lə yollamaq olmaz, çünki yazışmalar digər
şəxslərin əlinə keçə bilər. Yaxşı olar, məxfi sənədləri şəxsə birbaşa təqdim edilsin,
bu daha təhlükəsiz olar.
Təlim bitdi, mən də kiçik bir yazı
yazdım.