İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Qəzet: kağız ya elektron?

22.10.2008 [18:05]

Fontu böyüt:      

Kembric Universitetinin alimləri gündəlik qəzetlərin toplanması üzrə elektron qurğu icad ediblər. Məqsəd qəzetlərin çapı üçün istifadə olunan və bizim özümüzlə daşımalı olduğumuz kağıza qənaət etməkdir.
Kembric Universitetinin alimləri gündəlik qəzetlərin toplanması üzrə elektron qurğu icad ediblər. Məqsəd qəzetlərin çapı üçün istifadə olunan və bizim özümüzlə daşımalı olduğumuz kağıza qənaət etməkdir. Britaniyada yerləşən Plastic Locik şirkəti Almaniyada plastik “qəzetlər” istehsal edən zavod açıb. BBC müxbiri Stiv Rozenberqin materialı:
Bir çoxları kimi, mən də işə yollanarkən qəzet oxumağı xoşlayıram, amma, bildiyiniz kimi, bu, heç də həmişə, xüsusilə də, basiriq qatarda asanlıqla mümkün deyil. Hər dəfə qəzeti açıb oxumaq istəyəndə, yanımda oturan sərnişinin dirsəyinə ilişirəm. Mən onun kefini pozuram. Həm də qəzetin yarısı döşəməyə dağılaraq biri-birinə qarışır. Problem qəzetin kağızdan olmasındadır. Lakin bu, indi dəyişə bilər.
Britaniyalı mühəndis yeni növ qəzeti nümayiş etdirir. Burada kağız yoxdur, çünki bu, elektron qəzetdir. Bu cihaz stolüstü döşəyə bənzəyir. O, jurnal kimi yüngüldür, amma onun içinə yüzlərlə qəzet yükləmək olar və düyməsinə toxunmaqla, heç bir təhlükə olmadan və heç kimin dirsəyinə toxunmadan onları asanlıqla nəzərdən keçirmək olar.
Bundan əlavə, bu cihaz qırılmayacaq, çünki ekranından tutmuş elektronlarına qədər hər şey plastikdən hazırlanıb. Elə buna görə də, elekton qəzet çox yüngül, cəld və inqilabçıdır. Mühəndis Din Beyker inanır ki, plastik elektronlar adi qəzetləri tarixin zibil qutularına məhkum edəcək.
Plastik mikrosxemlər Drezdendə, dünyanın ən birinci kommersiya yönümlü zavodunda, yüksək təhlükəsizlik və təmizlik şəraitində istehsal olunur. Almaniyada yerləşməsinə baxmayaraq, şirkət özü Britaniyaya məxsusdur və Kembric Universitetinin alimləri silikon sxemlərin plastiklə əvəz olunması ideyasının ilk ixtiraçılarıdırlar. Tədqiqata professor Riçard Frend rəhbərlik edib.
Onun dediyinə görə, silikon dünyasının çox uğurlu olmasına baxmayaraq, o, yüngül çəkiyə malik olan və ucuz başa gələ bilən hər hansı bir şeylə mübarizə aparmalıdır. İnformasiyanın oxunması və nəzərdən keçirilməsi ilə bağlı hər bir sahə isə plastik elektronlar üçün olduqca cəlbedicidir.
Elektron qəzet fabrikindən bir neçə mil aşağıda isə ənənəvi Drezden çap mətbuatı yerləşir. Burada isə kağız hökmdardır, nəhəng preslər gündə altmış ton kağızı içəri ötürərək hər saniyədə 15 yerli qəzetə çevirir. Düşünə bilərsiniz ki, belə köhnə dəbli bir yerdə elektron kağız təhlükəli rəqib ola bilər, amma yox. Çap üzrə menecer Ralf Obertuer inanır ki, kağız qəzet ideal olmasa da, yenə də elektron rəqibindən istifadəçiyə daha rahat olması ilə fərqlənir.
O deyir: “Mən hesab edirəm ki, bu qəzetin bir sıra üstün cəhətləri var. Onu kağız kimi hiss edə bilməkdən başqa, qəzeti getdiyin hər bir yerə, səhər yeməyinə, hamam otağına, işə yollanarkən özünlə qatara götürə bilərsən. Qəzeti itirsən də heç bir problem yoxdur, çünki dəyəri ancaq əlli sentdir, amma elektron qəzeti itirmək sənə baha başa gələ bilər.

xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar