21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Google”yə mühəndislər lazımdır. Dünyanın ən iri axtarış sisteminin sahibi olan və bu yaxınlarda internet sənayesinin “istedadlar uğurunda mübarizə” şəraitində olduğunu bəyan edən “Google” şirkəti Şəbəkədə 2 mindən artıq yeni vakansiyalardan ibarət siyahı təqdim edib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tam məşğulluq təklif edən vakansiyaların əksəriyyətini mühəndis vəzifələri təşkil edir.
Bundan əlavə, siyahıda satış sahəsi üzrə də mütəxəssislər tələb olunur. Onu da qeyd edək ki, vakansiyaların təxminən yarısı ABŞ əhalisi üçün nəzərdə tutulub. Çində “Google” üçün 50-dən çox mütəxəssis tələb olunur. İnternet nəhənginin təqdim etdiyi siyahıda 50-dən artıq peşəkarın dünya üzrə tələb olunduğu da bildirilir.
2009-cu ilin mart ayı ilə müqayisədə “Google” təklif etdiyi vakant yerlərin sayını təqribən altı dəfə artırıb. 2010-cu ilin sentyabr ayının sonuna kimi “Google”nin 23300 əməkdaşı var olub və bu isə ilin əvvəli ilə müqayisədə 18 faiz artıqdır.