İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Startup Azərbaycan 2014 Layihəsinə start verildi

18.04.2014 [15:53]

Fontu böyüt:      

Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, 18 aprel tarixindən Startup Azərbaycan 2014 Layihəsinə start verilir. Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
Startup Azərbaycan  Təşkilat Komitəsi bildirir ki, 18 aprel tarixindən Startup Azərbaycan 2014 Layihəsinə start verilir.
Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək,  bu istiqamətdə maarifçilik işləri həyata keçirmək,  ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım etməkdir.

Layihə çərçivəsində milli startupların Müsabiqəsinin, startupçılar üçün təlimlərin, universitetlərdə Startup görüşlərinin, Startup Günlərinin, investorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur. Müsabiqədə fərqlənən startuplara yerli və xarici ekspertlərin dəstəyi ilə xüsusi təlimlər  keçiriləcək. Layihə çərçivəsində  startuplara komanda formalaşdırmağa köməklik göstərilir.  

Startup Azərbaycan 2014 çərçivəsində keçirilən Müsabiqəyə 18 aprel tarixdən start verilir. Startup layihələrin qeydiyyat müddəti  www.startup.az resursunda may ayının sonunadək davam edəcək. Layihələrlə bərabər  investorlar, mentorlar , developerlər və İT mütəxəssislər də  bu resursda qeydiyyatdan keçə bilərlər.  Yarışma 2 mərhələdə həyata keçirilir. Startup Azərbaycan çərçivəsində yarışmalarda iştirak edən startupların ekspert qiymətləndirilməsi təşkil olunur. Ekspertlər İT, maliyyə və marketinq sahəsində tanınmış təcrübəli mütəxəssislərdən ibarət olmaqla Startup Azərbaycan tərəfindən formalaşdırılıb. Ekspertlər özlərinə aid olan startupların qiymətləndirilməsində iştirak etmirlər.

Ekspertlərin dəyərləndirməsi əsasında 1-ci mərhələdə Yarımfinalçılar müəyyən olunur  və onların təqdim etdikləri biznes-planlar əsasında yenidən qiymətləndirmə həyata keçirilir və məhdud sayda qaliblər müəyyən olunur. Qaliblər qapalı formada keçirilən görüşdə investorlar qarşısında öz startuplarının təqdimatlarını edirlər.
Startup Azərbaycan komandası  Layihənin yekununda uğurlu hesab edilən qalibləri Yekun Təqdimat mərasimində təqdim edir, qiymətli hədiyyələr və diplomlarla mükafatlandırır, onları investorlara və digər Fondlara  təqdim edir. Qalib startuplar  Yüksək Texnologiyalar Parkında iş şəraiti ilə təmin olunacaqlar.

Yekun təqdimat mərasiminin iyun ayının sonunda keçirilməsi nəzərdə tutulur.
Startup Azərbaycan Layihəsi çərçivəsində ənənəvi  “Startup Azərbaycan 2014“ Milli Konfransının iyun ayının sonunda keçirilməsi nəzərdə tutulur. Konfrans ölkədə  İnternet-biznes üçün investisiya imkanları mövzusunda keçiriləcək. Konfransda dövlət və özəl sektorun , vətəndaş cəmiyyətinin nümayəndələrinin, xarici ekspertlərin,  ölkənin tanınmış İT mütəxəssislərinin, uğurlu Startup təmsilçilərinin, investorların iştirakı nəzərdə tutulur.

Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə  keçirilir.
Startup Azərbaycan Layihəsinə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında  İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.  
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri  Startup Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.
Geniş məlumat : www.startup.az 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar