İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Fujifilm”ə mənsub “MyFinePix.com” internet saytında Azərbaycanın ərazisi ilə bağlı məlumatlar təhrif edilib

22.10.2010 [07:02]

Fontu böyüt:      

Ölkəmizin Yaponiyadakı səfirliyinin müdaxiləsindən sonra təhrif olunmuş məlumat düzəldilib. Azərbaycanın Yaponiyadakı səfirliyindən daxil olan məlumata əsasən, bu ölkənin fotoqrafiya və təsvir sahəsində məşhur şirkətlərdən biri olan “Fujifilm”ə mənsub “MyFinePix.com” adlı internet saytında Azərbaycan Respublikasının ərazisi ilə bağlı məlumatların təhrif edildiyini məlum olub.

 Ölkəmizin Yaponiyadakı səfirliyinin müdaxiləsindən sonra təhrif olunmuş məlumat düzəldilib.

Azərbaycanın Yaponiyadakı səfirliyindən daxil olan məlumata əsasən, bu ölkənin fotoqrafiya və təsvir sahəsində məşhur şirkətlərdən biri olan “Fujifilm”ə mənsub “MyFinePix.com” adlı internet saytında Azərbaycan Respublikasının ərazisi ilə bağlı məlumatların təhrif edildiyini məlum olub.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən saytın qeydiyyat bölməsində ölkələrin siyahısı ilə bağlı hissəsində Dağlıq Qarabağ (Nagorno Karabakh) adlı ölkənin daxil edilməsi Səfirlik tərəfindən müəyyən edilmiş və məsələyə dərhal reaksiya verilmişdir. Məsələnin ciddiliyi, ölkəmiz üçün həssaslığı, xüsusilə də beynəlxalq hüquq norma və prinsiplərinə zidd olduğunu qeyd edərək, səfirlik yapon tərəfinin sorğusuna əsasən yazılı mövqe hazırlayıb, lazımi xəritələr əlavə edərək qarşı tərəfə təqdim edib.

Səfirliyə verilən məlumatda, Fujifilm şirkətinin Böyük Britaniya nümayəndəliyi sözügedən saytın qurulması zamanı məlumatları müxtəlif mənbələrdən əldə etdiyi və məsələnin birbaşa Yaponiya Baş Qərərgahına aidiyyatı olmadığı məlum olub. Fujifilm şirkəti səfirliyin müdaxiləsindən sonra təhrif olunmuş məlumatı düzəldib və səfirliyə bu barədə müvafiq məktub təqdim edilib.

Məlumat üçün bildirmək istəyirik ki, “MyFinePix.com” Fuji fotoaparatlarının və şəkillərin dizaynı üçün istifadə olunan proqramdır.

mənbə:hedef.info.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar