Mətbuat Konfransında Milli Net-2009 Müsabiqəsində qeydiyyat prosesinin və səsvermənin 1-ci mərhələsinin yekunları haqqında məlumat veriləcək
04 dekabr 2009-cu il tarixdə Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinin qeydiyyat prosesinin və səsvermənin 1-ci mərhələsinin başa çatmasına həsr olunan mətbuat konfransı keçiriləcək.
Məlum olduğu kimi Milli Net _ 2009 ölkədə İnternetin inkişafına və populyarlaşmasına dəstək məqsədilə AİF tərəfindən təsis olunan peşəkar İnternet mükafatıdır.
Mətbuat Konfransında Milli Net-2009 Müsabiqəsində qeydiyyat prosesinin və səsvermənin 1-ci mərhələsinin yekunları haqqında məlumat veriləcək. Müsabiqənin nominantları elan ediləcək.
Mətbuat konfransı 04 dekabr 2009-cu il tarixdə saat 12-də TREND İnformasiya Agentliyinin konfrans zalında keçiriləcək.
Müsabiqədə səsvermənin 2-ci mərhələsi və qaliblərin müəyyən edilməsi dekabrın 15-dək başa çatdırılacaq. Milli İnternet Mükafatının qaliblərinin mükafatlandırılmasından ibarət yekun Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.
Milli Net-2009 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.
Daha geniş məlumat www.millinet.az saytında yerləşdirilib.
Milli Net Təşkilat Komitəsi
Tel : 492-44-44
Veb:
www.millinet.azE-mail:
[email protected]