Fontu böyüt:
CityNet internet provayderi Hesab.az portalına qoşuldu.
Xeberler.az saytı bildirir ki, artıq CityNet-in istifadəçiləri Hesab.az saytı vasitəsilə abunə haqlarını ödəyə biləcəklər.
Hesab.az portalında mobil telefon, stasionar rabitə, kommunal, internet, Kabel TV və digər xidmətlərini istənilən Visa, MasterCard, Maestro kartları ilə onlayn ödəmək mümkündür. Portalda həm də sığorta əldə etmək, bank kreditini ödəmək olar.
CityNet internet provayderi Bakının bir neçə mərkəzi rayonlarını əhatə edən şirkətlərdən biridir. Provayder FTTB (binaya optika) texnologiyası ilə işləyən fiber-optik şəbəkəsini telekommunikasiya sahəsinin lider şirkəti olan Cisco avadanlığı vasitəsilə genişləndirir, istifadəçiləri yüksəksürətli internetlə yanaşı müxtəlif limitsiz internet tarifləri təklif edir.