Türkiyədə 2011-2021-ci illərdə yeni texnologiyaların tətbiqinə 600 mlrd. ABŞ dolları həcmində investisiya yatırılacağı gözlənilir.
Türkiyədə 2011-2021-ci illərdə yeni texnologiyaların tətbiqinə 600 mlrd. ABŞ dolları həcmində investisiya yatırılacağı gözlənilir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Katibliyinin rəhbəri Murad Bayarın hazırladığı hesabatda bildirilib. Nazirlər Kabinetinə təqdim edilən hesabatda Türkiyənin 2011-2021-ci illər arasında rabitə sektoruna 210 mlrd. dollar, informasiya texnologiyalarına 70 mlrd. dollar, logistika sahəsinə 90 mlrd. dollar, energetikaya 95 mlrd. dollar, səhiyyə sahəsində yeni texnologiyaların tətbiqinə isə 135 mlrd. dollar vəsait xərcləyəcəyi proqnozlaşdırılır.
Mənbə: APA.az