İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Pensiyaların SMS-ə qoşulmasının yeganə narahatlıq doğurmuş cəhətinə cavab tapıldı

07.03.2011 [09:35]

Fontu böyüt:      

Pensiyaçılar təqaüdlərinin köçürülməsi haqda SMS vasitəsilə bilgiləndiriləcək. Bir müddət öncə avtomatlaşdırılmış pensiya islahatlarının davam etdiriləcəyini açıqlayan Dövlət Sosial Müdafiə Fondu həmin islahatlar çərçivəsində martdan etibarən bu yeniliyin tətbiq ediləcəyini bildirib.

SMS-in haqqını kim ödəyəcək?

Pensiyaçılar təqaüdlərinin köçürülməsi haqda SMS vasitəsilə bilgiləndiriləcək. Bir müddət öncə avtomatlaşdırılmış pensiya islahatlarının davam etdiriləcəyini açıqlayan Dövlət Sosial Müdafiə Fondu həmin islahatlar çərçivəsində martdan etibarən bu yeniliyin tətbiq ediləcəyini bildirib. 

Fondun sədri Səlim Müslümovun dediyinə inansaq, ilkin olaraq Bakı, Sumqayıt və Abşeronda yaşayan pensiyaçılar təqaüdlərin kartlarına köçürülməsi barədə SMS vasitəsilə məlumatlandırılacaq. Bunun üçün mobil telefon üzrə informasiyaların toplanması prosesinə də start verilib. Redaksiyamıza müraciət edən təqaüdçülərə narahat olmamaqlarını deyirik. Ona görə ki, telefonu olmayan pensiyaçıların yaxınlarının mobil nömrələri yığılır. Eyni zamanda, Beynəlxalq Banka pensiya alanın hesabına pul köçürülməsi haqqında bilgilərə dair təlimatlar veriləcək. Daha sonra bu məlumatı alanlar əvvəlcədən bankomatlara üz tutmayacaq. Yəni həm vaxt itkisinə yol verilməyəcək, həm də uzun-uzadı növbələrə rast gəlinməyəcək. Bundan savayı, təqaüd alanların içərisində nə qədər yaşlı, o cümlədən əlil olduğunu nəzərə almalıyıq. O səbəbdən də SMS vasitəsilə öncədən xəbərdarlıq böyük önəm kəsb edir. Sözügedən xidmət tədricən bölgələrdə də həyata keçiriləcək. Ölkədəki pesiyaçıların əksəriyyətinə xidmət göstərən, səhmlərinin yarıdan çoxu dövlətin əlində cəmləşən Beynəlxalq Bank artıq bir ilə qədərdir ki, plastik kart sahiblərinə SMS xidməti göstərir. Bankdan bildirirlər ki, pensiyaçıların SMS xəbərdarlıqdan istifadəsi üçün xüsusi proqram təminatı artıq hazırdır və onun qoşulma prosedurları da sadələşdirilib. Pensiya alanlar unutmasın ki, bundan sonra "194" və ya ulduz telefonuna zəng vurub həmin xidmətə asanlıqla qoşula bilərlər. Beləliklə, evdən çıxmadan pensiyaçıya qabaqcadan məlumat daxil olur və bununla o, gedib-getməyəcəyini müəyyənləşdirir. Aylıq xəbərdarlıq mesajına Beynəlxalq Bank tərəfindən 10 qəpik xidmət haqqı çıxılacaq. Ancaq Sosial Müdafiə Fondu narahat olmağa heç bir əsas görmür. S.Müslümov verdiyi açıqlamada vurğuladı ki, həmin pulu pensiyaçılar deyil, fond özü ödəyəcək. Düzdür, pensiyaçılara təqaüdlərinin köçürülməsi haqda müjdə müəyyən qədər sevinc bəxş edə bilər. Lakin heç şübhəsiz, onlara verilən ən şad xəbər təqaüdlərinin artırılması olar. Özü də bunun baş verməsi üçün olduqca real əsaslar mövcuddur. Təkcə neft amilini vurğulamaq yerinə düşər. Ona görə ki, son illərdə ölkəyə neftdən gələn vəsaitin durmadan artması, üstəlik bundan sonrakı periodda külli miqdarda pulların axını bunu qaçılmaz edə bilər. Ekspertlərin də hesablamalarına əsasən, təkcə bu sahə üzrə əldə olunan gəlirlər nəinki təqaüdlərin ciddi surətdə artmasına gətirib çıxara bilər. Eləcə də, digər sahələrdə çalışan vətəndaşların əməkhaqqında nəzərəçarpan artım yaradar. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yaydığı rəqəmlərdə Azərbaycanda 1 milyon 300 min nəfərə qədər pensiyaçının olduğu bildirilir. 

//Bakı-Xeber


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar