Fontu böyüt:
Günəşin enerjisi qaynaqları azalmaya başlayan dünyamız üçün böyük əhəmiyyət daşıyır. Yer üzündə qurulan günəş panelləri gələn şüaları enerjiyə çevirir və çox fərqli sahələrdə istifadə edilə bilir.
Lakin bu plan havalar açıq olduğu zamanlarda etibarlıdır. Tutqun havalarda, hətta buludlu günlərdə belə günəş enerjisi insan üçün problem yaradır. Lakin elm adamları bu problemin də həlli üçün xüsusi bir sistem planı hazırlayıblar.
Atmosferin üzərində gəzən peyklərin günəş şüalarını toplaması bulud problemlərini ortadan qaldırır. Bu mövzuda ən əhəmiyyətli işləri görən Yaponiya bu texnologiyanın 2030-cu ildə aktiv və geniş şəkildə istifadə edəcəyini açıqlayıb. İndi ən böyük problem isə peyklərin yığdıqları günəş enerjisini 36 min km aşağıya, yəni yer üzünə çatdıra bilmək üçün təsirli yollar tapmaqdır.