21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Prezident İlham Əliyev Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama
əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni sertifikat xidmətləri
mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılmasını təmin etməli, vəsiqə
sahibinin gücləndirilmiş elektron imza ilə təmin edilməsini üçün infrastruktur
yaratmalıdır.
Xeberler.az-a
açıqlama verən Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz hesab edir
ki, bu sərəncam vətəndaşların elektron hökumətdən yararlanmasını sürətləndirəcək:
“Uzun müddətdir Azərbaycanda elektron imzanın yayılması, elektron imzadan
istifadə ilə bağlı problem yaşanırdı. Elektron imzanı yalnız elektron imza
sertifikatı olan qurumdan almaq mümkün idi. Bu da bir qədər çətinlik yaradırdı.
Amma prezidentin sərəncamında birmənalı göstərildi ki, yeni şəxsiyyət vəsiqəsi
veriləndə, elektron imza artıq onun daxilindəki çipdə olacaq. Düşünürəm, bu
böyük üstünlük, hətta inqilabdır. Yəni, kimin cibində şəxsiyyət vəsiqəsi varsa,
elektron imzası da var. Elektron imza üçün heç yerə getməyə ehtiyac yoxdur . Elektron
imza ilə təklif olunan istənilən xidmət, hətta notarial xidmətlərin də bir
hissəsi məhz bu sistem vasitəsilə reallaşacaq”.
AİF
prezidenti qeyd edib ki, elektron imzanın verilməsi ilə ölkədə bir neçə qurum
məşğuldur: “ Prezidentin adı çəkilən sərəncamı ilə vətəndaşlara imza
sertifikatlarının verilməsi isə birbaşa Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinə tapşırılıb. Hazırda bildiyim qədər Nazirliyin Məlumat Hesablama Mərkəzində
bu istiqamətdə işlər gücləndirilib. Əgər elektron imza məsələsi tezliklə öz
həllini tapıbsa, xidmətlərin əksəriyyəti də tam elektron formada həyata
keçiriləcək. Dövlət qurumları artıq elektron imza vasitəsilə reallaşdırıla
bilən xidmətlərin sayını sürətlə artıracaqlar”.
Artıq
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlət başçısının yeni şəxsiyyət
vəsiqələrinin hazırlanması üçün verdiyi sərəncamın icrasına başlayıb.
Mirvari
Nəcəf