Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi AEGEE-Bakı Avropa Tələbələr Forumunun nəzdində fəaliyyət göstərən İT-Media İşçi Qrupu gənc, aktiv internet istifadəçiləri üçün yeni “2Y Yaz-Yay” adlı internet və multimedia layihə həyata keçirir.Dörd mərhələdən ibarət olan layihədə təxminən 90-na yaxın gəncin iştirakı gözlənilir. Bura bloqlar, foto, video və audio ilə iş, İnternetdə PR, İnternet Mediası mövzularında təlimlər, workshoplar və müsabiqələr daxildi.
Bloqlar və internet haqqında I mərhələ 10-12 sentyabr tarixləri arasında Bakı Jurnalistika Məktəbin-də baş tutub. İndi isə layihənin ikinci mərhələsinə start verilir.
Layihənin kordinatoru Jalə Nəcəfovanın xeberler.az-a verdiyi məlumata əsasən 17(13:00-16:00), 18, 24 və 25 oktyabrda, saat 10:00-dan 16:00-adək Bakı Jurnalistika Məktəbində keçiriləcək “İnternet etikası və İnternetdə PR” təliminində Siz İnternetdən özünüz, təşkilatınızın maraqları həmçinin fəaliyyətiniz üçün daha səmərəli formada istifadə etməyin yollarını öyrənə biləcəksiniz.
Təlim aşağıdakı mövzuları əhatə edir:
* İnternet etikası və qaydaları
* Müəllif hüquqları və orijinal kontent. Məsuliyyət.
* Dil problemləri, translit, qrammatika
* İnternet PR alətləri. web 2.0
* Sosial şəbəkələr
* Məlumat yaymaq qaydaları
* Virtual-real münasibətlər – anlaşma, tolerantlıq. və s.
Təlimdə tələbələr, təşkilatların PR işlərini aparanlar, sayt nəzarətçiləri, o cümlədən jurnalistlər iştirak edə bilərlər. Təlimdə ştirak üçün müraciət ərizəsini buradan doldura bilərsiz: http://url.az/0t2
Müraciət üçün son tarix: 13 oktyabr 2009 Nəticələr oktyabrin 14-ü elan ediləcək, seçlmiş şəxslərə e-mail gönədriləcək.Əlavə suallar üçün: [email protected] e-mail ünvanına müraciət edə bilərsiniz.
Qeyd edək ki, AEGEE-Bakı İT-Media işçi qrupunun “2Y Yaz-Yay” layihəsinin məqsədi gənclərə və jurnalistlərə İnternet və multimedia vasitələrindən səmərəli istifadə qaydalarını aşılamaqdır.