Fontu böyüt:
İl ərzində AzSigorta sığorta şirkəti Azərbaycanda internet-sığortalama xidmətini təqdim etmək niyyətindədir.
“Həmin layihə çərçivəsində internet vasitəsi ilə sığorta müqavilələrinin bağlanılması nəzərdə tutulur. Müştəri üçün mütləq qaydada sığorta şirkətinin ofisinə gəlmək məcburiyyəti olmayacaq. Hazırda layihənin dəqiqliklə işlənib hazırlanması həyata keçirilir”, - deyə AzSigorta şirkətinin idarə heyətinin sədr müavini Xəyal Məmmədxanlı bildirib, Fineco/abc.az yazır.
Qeyd edək ki, bu cür sığorta növü indiyədək Azərbaycanda heç bir şirkət tərəfindən tətbiq olunmayıb.
xeberler.az/Ellada