Fontu böyüt:
Hər bir cihazın özünün şarj alətinin olması ətrafımızı qarma-qarışıq kabel tullantıları ilə doldurur.
Artıq insanlar kabel qarışıqlığına son qoymaq istəyirlər. Buna görə də kabelsiz şarj dönəminə keçmək niyyətindədirlər. Batareya istehsalçısı Duracell öz kabelsiz şarj cihazı olan “myGrid”i təqdim edir. Bu cihaz cib telefonlarını və MP3 player-ləri kabelsiz şarj edir, özü isə kabellidir. Duracell-in əsaslanmasına görə, köhnə kabelli şarj cihazları qədər sürətli şarj edə bilən myGrid, bir çox cihazı kabelsiz olaraq şarj edə bilir.
Üstəlik Nokia, Motorola, Blackberry və Apple telefonları, müxtəlif MP3 player-ləri də dəstəkləyir. Mousepad-ə bənzəyən cihaz üzərinə qoyulan cihazları avtomatik olaraq şarj etməyə başlayır. Üzərində şarj ediləcək bir cihaz olmadığında da özünü avtomatik olaraq bağlayır. Cihaz sentyabrdan başlayaraq satışa çıxarılacaq. Qiyməti isə hələlik bəlli deyil.