Respublika ərazisində universal telekommunikasiya xidmətlərinin tətbiqi ilə bağlı müvafiq işlər görülür. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, regionlarda NGN şəbəkəsinin qurulması istiqamətində “Elektron Şamaxı” layihəsinin başa çatdırılması ilə Şamaxı rayon mərkəzində və kəndlərdə ən müasir tələblərə cavab verən rabitə şəbəkəsi qurulmuşdur.
Respublika ərazisində universal telekommunikasiya xidmətlərinin tətbiqi ilə bağlı müvafiq işlər görülür. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, regionlarda NGN şəbəkəsinin qurulması istiqamətində “Elektron Şamaxı” layihəsinin başa çatdırılması ilə Şamaxı rayon mərkəzində və kəndlərdə ən müasir tələblərə cavab verən rabitə şəbəkəsi qurulmuşdur. Hazırda digər regionlarda da bu şəbəkənin qurulması məqsədilə tədbirlər həyata keçirilir.
NGN şəbəkəsi vasitəsilə ənənəvi rabitə xidmətləri ilə yanaşı, İP TV, İP telefon, “Triple play” və s. multimedia xidmətlərinin göstərilməsi də təmin olunur.
xeberler.az