Fontu böyüt:
Azərbaycanda 3G xidmətini təqdim edən ilk mobil operator Azerfon-Vodafone yüksək sürətli İnternet xidmətlərini “Xalq Kompüteri” layihəsi çərçivəsində müəllimlərə, tələbələrə və məktəb şagirdlərinə təqdim edib.
“Xalq Kompüteri” layihəsi çərçivəsində Azerfon-Vodafone xüsusi 500MB-lik “Əlaçı-1” və 10 GB-lıq “Əlaçı – 67” İnternet paketlərini hazırlayıb. “Əlaçı-1” İnternet paketinə Azerfon-Vodafone modemi, birinci ay 500MB pulsuz İnternet trafiki daxildir. “Əlaçı 1” paketindən istifadə etmək üçün abunəçilər Azerfon-Vodafone modemini 1 il ərzində hər ay 3.33 AZN ödəməklə əldə edəcəklər. Paketə daxil olan 500MB İnternet traffikin qiyməti cəmi 1 AZN təşkil edir. “Əlaçı-67”paketinə Azerfon-Vodafone modemi, 1 il müddətində istifadə edilə bilən 10 GB İnternet traffiki daxildir. “Əlaçı-67” paketinin aylıq ödənişi 8.83 AZN təşkil edir. Endirimli qiymətlərlə təqdim olunan bu İnternet paketlərinin əsas məqsədi Azərbaycanın təhsil sistemində müasir texnologiyaların tətbiqi yolu ilə yeni inkişaf perspektivlərinin yaradılmasıdır.
Qeyd edək ki, «Xalq Kompüteri» layihəsinin rəsmi tərəfdaşları Rabitə və Informasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Azerfon-Vodafone, HP, Microsoft və Bestcomp Qrup şirkətləridir. Bütün avadanlıqlar faizsiz olaraq 12 ay müddətinə kreditlə verilir. Xalq kompüteri layihəsi çərçivəsində təqdim olunan kompüterləri BESTEL mağazalar şəbəkəsinə müraciət etməklə əldə edə bilərsiniz. Şirkət haqqında Azerfon MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlamışdır. Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilmişdir.
AZERFON şəbəkəsi Azərbaycan Respublikasının 80% əhatə edir. Bu günədək AZERFON şirkəti 1,7 milyonadək abunəçiyə xidmət göstərmişdir. 2009-cu ildə Azerfon MMC və Vodafone şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanmışdır. 02.12.2009 tarixində Azerfon MMC ölkədə 3G texnologiyaları xidmətlərinin göstərilməsi üçün lisenziya almışdır. Azərbaycanın ən innovativ və sürətlə inkişaf edən mobil operatoru ölkədə ilk dəfə olaraq 3G xidmətinin tətbiqinə başlamış, və yeni Azerfon-Vodafone brendini təqdim etmişdir.