Fontu böyüt:
Hal-hazırda reklam sektorunda fərqlənmək çox çətindir.Reklamçılar qəribə üsullarla yenilik edib yadda qalmaq istəyirlər. Reklamı adətən afişalarda, broşuralarda görürük.
Almaniyada isə reklamçılar bu dəfə afişalar və ya broşuralar yerinə milçəklərdən istifadə ediblər. Eichborn adlı bir alman kitab naşiri, sərgi vaxtı təqdimatını etmək üçün kiçik elanlar yapışdırdıqları milçəkləri qəflətən yerə salıb. Sərgi ziyarətçilərinin isə əvvəlcədən heç bir şeydən xəbərləri olmayıb. Reklamçının bu fikirindən xoşlanmasalar da, naşir diqqəti öz məhsullarına çəkməyi bacarıb.