İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

CATEL Rabitə və İnformasiya nazirliyini məhkəməyə verib?

04.05.2011 [08:33]

Fontu böyüt:      

Neçə vaxtdır fəaliyyətində qeyri-müəyyən səbəblərdən problemlər yaranan CATEL mobil rabitə şirkəti bağlanıb. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə deyib ki, şirkətin fəaliyyətində texniki problemlər yaranıb.

Neçə vaxtdır fəaliyyətində qeyri-müəyyən səbəblərdən problemlər yaranan CATEL mobil rabitə şirkəti bağlanıb. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə deyib ki, şirkətin fəaliyyətində texniki problemlər yaranıb.

CATEL şirkəti texniki problemləri mayın əvvəlinədək aradan qaldıracağını açıqlasa da, bu, mümkün olmayıb: “Məsələyə nazirlik müdaxilə etməli olub. Hazırda CATEL-in stasionar rabitəni ”Bakıtelefonrabitə" İstehsalat Birliyi, mobil rabitəni isə “Azerfon” şirkəti öz üzərinə götürmək istiqamətində iş aparır. Yaxın vaxtlarda CATEL abunəçiləri bu problemin aradan qaldırılmasının şahidi olacaqlar".
Xatırladaq ki, bu il aprelin əvvəllərindən başlayaraq CATEL şəbəkəsində problem yaranıb, abonentlər şəbəkədən ayrılıb, şirkət bunu texniki nasazlıqla izah edib. Lakin mətbuata çatan xəbərlərdə deyilir ki, əslində şirkətin üzləşdiyi problemlər texniki deyil, CATEL-in rabitə xidmətləri göstərməsinə hökumət mane olur və şirkətin rabitə şəbəkəsində bilərəkdən bu cür texniki əngəllər törədilir. Bunun səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülüb, şirkətin yüksək rütbəli hansısa məmura bağlı olduğu barədə məlumatlar yayılıb.
CATEL Azərbaycanda "Bakcell" və "Azərcell"dən sonra fəaliyyətə başlayan üçüncü mobil rabitə operatorudur. Şirkət əsasən CDMA standartları əsasında stasionar rabitə xidməti göstərirdi və 70 minə yaxın abonenti var idi. “Caspian American Telecom LLC” adı altında Azərbaycanda qeydiyyatdan keçən bu şirkət əslində Amerika telekommunikasiya şirkəti ilə ortaq qurulub. Onun mülkiyyətçiləri Azərbaycan hökuməti və ABŞ-ın “Omni Communications” konsorsiumudur. “Omni Communications” baş ofisi ABŞ-ın Virciniya ştatında yerləşən şirkətdir və Azərbaycanda telekommunikasiya bazarında mövqelərini möhkəmləndirməyə cəhd edirdi. Şirkət Azərbaycanda rabitə şəbəkəsinin qurulmasına 25 milyon dollar investisiya yatırıb. Azərbaycanın ABŞ-la münasibətlərinin gərgin olduğu indiki vaxtda CATEL-in bu cür problemlə üzləşməsi və daha sonra bağlanması, onun qurduğu rabitə şəbəkəsinin “Bakıtelefonrabitə” və hakimiyyətə bağlı “Azerfon”a verilməsinin arxasında siyasi səbəblərin olduğu istisna deyil. Mümkündür ki, Azərbaycan hakimiyyəti münasibətlərin belə pis olduğu bir vaxtda Amerika şirkətinin ölkənin telekommunikasiya sektorunda fəaliyyətində hansısa risklər görüb.
Dünən günün sonunda məlumat aldıq ki, CATEL Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini məhkəməyə verib. Səbəb kimi bu şirkətə yaradılan süni problemlər və CATEL-in hakimiyyətin nəzarətinə verilməsi göstərilir. Xəbər redaksiyamıza iş gününün sonunda daxil olduğundan xəbəri aidiyyəti ünvanlarla dəqiqləşdirmək imkanımız olmadı. Mövzunu davam etdirəcəyik

//Yeni Müsavat


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar