Fontu böyüt:
Toromto universitetinin ekspertləri 100-dən artıq ölkədə dövlət kompüterlərindən məxfi məlumatları ələ keçirməklə məşqul olan çin şəbəkəsini aşkar ediblər.
Ekspertlər 1295 kompüteri identifikasiya edəndən sonra məlum olub ki, müxtəlif gizli əməliyyatlar vasitəsilə sənədləri ələ keçiriblər, gizli videoizləmə kameraları quraşdırıblar, veb-kamera istifadəçilərini izləyiblər.
Alimlər xaker əməliyyatlarını GhostNet adlandırılan Çin dövləti tərəfindən aparıldığını müəyyən edə bilməyiblər. Məruzədə deyilir ki, identifikasiya edilmiş 1295 kompüterdən 397-i diplomatik nümayəndəliklərin, nazirliklərin, səfirliklərin və beynəlxalq təşkilatların kompüterləridir.
Kanadalı ekspertlər isə hesab edirlər ki, kompüterlər Xaynan adasından “atəşə tutulublar”. Adada Çin ordusunun elektron kəşfiyyatının bazası yerləşir.