21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Milli rabitə peykinin buraxılmasını nəzərdə tutan “AzərSat” layihəsi çərçivəsində aparılan danışıqlar yekunlaşmaq üzrədir. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat vermişdir. Onun sözlərinə görə, əsas müqavilənin imzalanması üçün artıq bütün sənədlər hazırdır. Yaxın günlərdə tenderin nəticələri elan ediləcəkdir.
Azərbaycan 2011-2012-ci illərdə Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya və Şərqi Asiya ölkələrini əhatə edəcək iki telekommunikasiya peykini buraxmağı planlaşdırır. Beynəlxalq peyk bazarına daxil olmaqla Azərbaycan televiziya və radio yayımı, internet, məlumat ötürülməsi, beynəlxalq telefon trafik mübadiləsi və bir çox qabaqcıl xidmətləri yerinə yetirəcəkdir. //www.azertag.com