Fontu böyüt:
Google şirkəti ABŞ-ın Kaliforniya ştatında NASA-ya məxsus Moffet hava limanını 60 illik kirayəyə götürüb. Sözügedən hava limanı mülki və hərbi məqsədlər üçün istifadə edilir.
Xeberler.az bildirir ki, Google NASA-ya ildə 6.3 milyon dollar ödəyəcək. Dünyanın ən böyük axtarış sistemi Google 200 milyon dollar xərcləyərək Moffet hava limanında muzey yaratmağı da planlaşdırır.
Muzeydə Moffet hava limanının Silikon Vadisinə necə dəstək olduğu nümayiş olunacaq.
Mənbə: gazetevatan.com