21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Nar Mobile reklam çarxı ABŞ-ın yaradıcılıq sahəsində ən iri mükafatı olan Creativity adlı beynəlxalq mükafata layiq görülüb. “Boyun sindromu” adlı reklam çarxının süjeti beynəlxalq münsiflər heyəti tərəfindən kifayət qədər orijinal adlandırılıb.
Reklam çarxı Azerfon-un yaradıcı tərəfdaşı olan Bruketa&Zinic şirkəti tərəfindən hazırlanıb. “Boyun sindromu” reklam çarxı məzəli pozalarda, boyunları əyilmiş vəziyyətdə gəzən müxtəlif adamları göstərir. Çarxın sonunda aydın olur ki, bu, telefon danışıqları nəticəsində əmələ gələn boyun qıcolması səbəbindən baş verib. “Çarxın məqsədi uzunmüddətli danışıqlar səbəbindən boyun qıcolmasına gətirib çıxardan Nar Mobile-ın yeni tariflərinin münasibliyini göstərməkdən ibarətdir”, - Nar Mobile başçısı Çinar Erek bildirmişdir.
Creativity International Awards reklam və qrafik dizayn sahəsində müstəqil beynəlxalq müsabiqələrdən biridir. Müsabiqə 1970-ci ildə təsis olunub. Hal-hazırda Creativity International Awards dünyanın qabaqcıl dizayn layihələrini birləşdirən yaradıcılıq üzrə illik müsabiqədir. Müsabiqənin münsiflər heyəti reklam və dizayn sahəsində çalışan peşəkarlardan ibarətdir. // xeberler.az/Ellada