Fontu böyüt:
Azərbaycanın ilk CDMA operatoru olan “CATel” ABŞ-Azərbaycan Birgə Müəssisəsi bu ilin sonunadək bütün Azərbaycan ərazisini əhatə dairəsinə almağı planlaşdırır.
Şirkətdən xeberler.az-a bildirmiblər ki, hazırda Abşeron yarımadası, o cümlədən, Bakı, Sumqayıt, Səngəçal, Ələt, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Dəvəçi, Nabran, Xudat, Quba, Qusar, Xaçmaz, Lənkəran, Astara ilə yanaşı Masallı da “CATel”in əhatə dairəsinə qoşulub
1997-ci ildə yaradılan şirkət WLL abonentlərinə FH-CDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə 3G CDMA standartında rabitə xidmətləri göstərir.