Bəzən vətəndaşlarla dövlət qurumları əməkdaşları arasında qeyri-etik münasibətlər yaranır. Belə xoşagəlməz hallara səbəb hər iki tərəfin etik qaydalardan bixəbər olması və ya bilərəkdən onlara əməl etməməsidir.
Bəzən vətəndaşlarla dövlət qurumları əməkdaşları arasında qeyri-etik münasibətlər yaranır. Belə xoşagəlməz hallara səbəb hər iki tərəfin etik qaydalardan bixəbər olması və ya bilərəkdən onlara əməl etməməsidir.
Hazırda ölkəmizdə korrupsiyaya qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın dəstəyi və Azərbaycan Hüquqşünasları Konfederasiyasının təşəbbüsü nəticəsində ərsəyə gələnwww.etika.az saytı etik normalarla əlaqədar maarifləndirmə missiyasını öz üzərinə götürərək etik davranış qaydaları çərçivəsində münasibətlərin tənzimlənməsinə dəstək məqsədi daşıyır.
Saytda təsdiq edilmiş etik davranış kodeksləri və qaydaları barədə ətraflı məlumat almaq mümkündür.
Vətəndaşların dövlət orqanlarına daha rahat müraciət etməsi üçün müvafiq saytlara keçidlər və əlaqə ünvanları da təqdim edilir. Burada yerləşdirilmiş etik davranış qaydalarına müvafiq test sualları dövlət qurumları əməkdaşlarının bilik səviyyəsini yoxlamaq imkanı yaradır.
Qeyd etdiyimiz kimi, saytın yaradılmasında məqsəd şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə töhfə verməkdir. Bu, bütün cəmiyyətin mübarizəsi olduğundan saytı təkmilləşdirmək məqsədi ilə istifadəçilərin də rəy və təklifləri dəyərləndirilir.
Saytın etik davranış qaydaları bölməsində daxili işlər, vergi orqanları əməkdaşlarının, hakimlərin, vəkillərin, prokurorluq işçilərinin etik davranış kodeksləri, əsasnamələr, AR Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti əməkdaşlarının etik davranış qaydaları, gömrük orqanı vəzifəli şəхsinin şərəf kodeksi, ədliyyə orqanları işçilərinin etik davranış qaydaları yerləşdirilmişdir. “Onlayn testlər”, “Qanunvericilik”, “Azərbaycan Etika Şurası”, “Faydalı linklər” bölmələrində də faydalı məlumatlar əldə etmək mümkündür.