Fontu böyüt:
Kinolardakı üç ölçülü filmlərin sayı sürətlə artır. Artıq çap mediası da üçüncü ölçüyə keçməkdədir. “Esquire” jurnalının dekabr ayı buraxılışı xarici nəşrində oxucularına üçüncü ölçünü təqdim edəcək.
“Augmented Reality”, yəni “Artırılmış həqiqət” adlandırılan bu yeni texnologiya, xüsusi bir şəkildə hazırlanmış səhifələrin webcam üzərindən göstərildiyində üçüncü ölçü qazanmasını təmin edir. Daha əvvəl musiqi kliplərində və veb saytlarında sınanan bu texnologiya çap edilmiş media üçün olduqca yenidir.
Çap edilmiş jurnaldakı görünüşlərə bir webcam ilə baxıldığı zaman hərəkətli, animasiyalı 3D elanlar, şəkillər və canlı bir dünya görünür. Jurnalda 6 səhifənin bu texnologiyaya uyğun şəkildə hazırlandığı açıqlanıb. Bu səhifələrdən 2-si reklam, 4-ü isə xüsusi xəbər xüsusiyyəti daşıyır.