Fontu böyüt:
Bir müddət Konvey Itunes xidməti vasitəsilə bir neçə musiqi kompozisiyası əldə etmək istəyib və sifarişin emalı zamanı satıcı tərəfindən imtina olunub. Qısa araşdırmadan sonra prokuror, naməlum ziyankarlar tərəfindən ona məxsus kredir kart nömrəsinin oğurlanaraq, hesabda olan bir neçə min dolları kompüter avadanlıqlarının alınmasına, mobil danışıq və digər məsrəflərin ödənilməsinə xərcləndiyini aşkar edib. Qarətçilər həmçinin qeydiyyatda göstərilən poçt ünvanını da dəyişiblər.
Professional fırıldaqçılar asanlıqla izlərini dolaşdırmağa müvəffəq olublar, lakin xakerlər bir səhf ediblər. Onlar qurban seçərkən son dərəcə ehtiyatsız davranıblar. Hazırda Cek Konvey tabeçiliyində olan bölməyə, ən qısa müddət ərzində yüksək prioritetlə kibercinayətkarları ifşa etmək tapşırığını verib.