Təhlükəsizlik mütəxəssisləri keçdiyimiz günlərdə çox maraqlı bir botnet problemi ilə qarşılaşıbar.
Təhlükəsizlik mütəxəssisləri keçdiyimiz günlərdə çox maraqlı bir botnet problemi ilə qarşılaşıbar. Təhlükəsizlik mütəxəssislərindən biri öz serverini araşdırarkən, Apache istifadə edən serverində bəzi qəribə fəaliyyətlər kəşf edib.
Serveri, özündən xəbərsiz olaraq ayrı bir virtual server yaradıb. Araşdırmasını davam etdirərkən isə bir çox fərqli Apache serverinin daxil olduğu botnet, yəni zombi serverlər mərkəzini aşkarlayıb. Bu virus açıq qaynaq kodlu proqramlar (məs:Linux) üçün daha da təhlükə yaradır.
Maraqlı hal odur ki, botnet-ə daxil olan serverlər ev kompüterləri üzərindən bir-birlərinə bağlıdır. Buna görə də, botnet-in əsl qaynağını təsbit etmək çətinləşir. Bu onu göstərir ki, artıq virtual günahkarlar daha fərqli metodlardan istifadə edirlər.
Yeni kəşf edilən və Apache sistemini istifadə edən botnet-in hazırda yüzdən çox zombi serverə sahib olduğu təxmin edilir. Linux-dan istifadə edənlər xüsusən diqqətli olmalıdırlar.
xeberler.az/Vüsalə