21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Ölkəmizin mədəniyyət və turizm potensialının bütün dünyada təbliği məqsədilə “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın “Mondeos” nəşriyyatının birgə keçirdiyi virtual müsabiqənin qaliblərinin adları məlum olub.
Nazirlikdən verilən məlumata görə, təqdim edilən suallara düzgün cavab vermiş iştirakçılar arasında püşkatmanın qalibləri, Fransanın turizm şirkətlərinin nümayəndələri Marie Jose Rovere və Virginie Reymonddur. Qaliblər müsabiqədə iştirak etmiş 360 turizm şirkətləri və tur operatorları arasından seçilib. Müsabiqənin şərtlərinə əsasən, qaliblər ölkəmizə səfər edəcək və səfərlə bağlı bütün xərclər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ödəniləcək. Səfər zamanı qonaqlar Azərbaycanın tarixi yerləri və abidələri, maddi və qeyri maddi mədəni irsi ilə tanış olacaqlar.
Qeyd edək ki, “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində Fransanın “Mondeos” nəşriyyatından başqa, Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyasının “Vokruq Sveta”, Birləşmiş Krallığın “Filmler Limited” və Birləşmiş Ərəb Əmirliklərinin “Explorer” nəşriyyatları arasında razılıq əldə edilib və Azərbaycan haqqında 3 bələdçi kataloqun təqdimat mərasimi keçirilib.