Fontu böyüt:
Avropanın mobil operatorları rouminq xidmətlərinin qiymətini aşağı salacaqlar. Dəyişikliklər Avropa İttifaqının 27 ölkəsində 2009-cu ilin iyul ayında qüvvəyə minəcək. Noyabr ayının 27-də roumunq rejimində yeni iş qaydaları Aİ-nin üzv-ölkələrinin müvafiq nazirləri tərəfindən qəbul edilmişdir.
Bu qaydalara uyğun olaraq rouminq rejimində SMS-ismarıcların maksimal qiyməti 11 avrosent təşkil edəcək. Qeyd edək ki, hazırda həmin rejimdə bir qısa mesajın göndərilməsi orta hesabla 29 avrosentə başa gəlir. Avropa Komissiyası nümayəndələri qeyd edirlər ki, bir mesajın roumunq xidmətləri çərçivəsində göndərilməsinin real dəyəri bir avrosentdən aşağıdır.
GSM Association birliyinə daxil olan Avropanın operatorları rouminq rejimində yeni qiymətlərlə heçdə razı deyillər. Belə ki, onların fikrincə, pərakəndə qiymətlərin tənzimlənməsi yeni xidmətlərə investisiya qoyuluşlarına mənfi təsir göstərəcək. Bundan əlavə rouminq tariflərinin azaldılmasını operatorlar digər xidmətlərin qiymətlərinin yüksəldilməsi hesabına kompensasiya edə bilərlər.
xeberler.az/Ellada