İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“ICANN” daha 9 yeni domen zonası təsdiqləyib

28.11.2013 [23:43]

Fontu böyüt:      

“Internet Corporation for Assigned Names and Numbers (ICANN)” internetin domen sisteminin radikal genişlənməsi çərçivəsində yeni “*.bike”, “*.clothing”, “*.singles” və “*.guru” domenlərinin qeydiyyatına başlayıb.
“Internet Corporation for Assigned Names and Numbers (ICANN)” internetin domen sisteminin radikal genişlənməsi çərçivəsində yeni “*.bike”, “*.clothing”, “*.singles” və “*.guru” domenlərinin qeydiyyatına başlayıb. “News gTLD” proqramı çərçivəsində açılan yeni domen adları hazırda təkcə ticarət markalarının sahibləri üçün açıqdır.

Onlar sərbəst qeydiyyat üçün 2014-cü ilin yanvar ayının sonunda açılacaq. Ötən ay “ICANN” ərəb əlifbası ilə “veb”, Çin əlifbası ilə “oyun” və rus əlifbası ilə yazılan “onlayn” və “sayt” domenlərinin qeydiyyatını açıq elan edib. Növbəti bir neçə il ərzində təxminən 1400 yeni domen zonasının qeydiyyatı nəzərdə tutulub. “ICANN”-da deyirlər ki, yeni domen zonaları internetdə biznesin qurulması prinsiplərini dəyişməyə imkan verəcəklər və interneti transformasiya edəcəklər. İxtisaslaşdırılmış domen zonaları iqtisadiyyat nümayəndələrinə daha dəqiq mövqe tutmağa və şəxsə gözəl və yadda qalan domen adlarına malik olmaq imkanını verəcək.

Lakin bir sıra mütəxəssislər “ICANN”-ı tənqid edirlər, çünki o, ticarət nişanlarının sahibləri üçün əlavə xərclər yaradacaq və kibersaxtakarların fəaliyyəti üçün məkan açacaq. “ICANN” yeni domen zonalarının tətbiqi mərhələsində 700 yeni gTLD-nin təsdiqlənməsini nəzərdə tutur. Bu günədək “ICANN” ümumilikdə 9 domen zonasını təsdiqləyib: “*.guru”, “*.ventures”, “*.camera”, “*.clothing”, “*.lighting”, “*.singles”, “*.voyage”, “*.holdings” və “*.equipment”. (ictnews.az)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar