İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlər nümayiş etdiriləcək

05.03.2013 [22:17]

Fontu böyüt:      

Cari il, 11-13 aprel tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycanda ilk dəfə Xəzər regionunda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbir - Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və forumu "CATEF 2013" keçiriləcək.
Cari il, 11-13 aprel tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycanda ilk dəfə Xəzər regionunda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbir - Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və forumu "CATEF 2013" keçiriləcək.
"ICTnews" elektron xəbər xidməti xəbər verir ki, bu barədə "Iteca Caspian" şirkəti məlumat yayıb. Məlumatda bildirilir ki, sözügedən sərgi və forum "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü və fəal dəstəyi ilə təşkil olunur. Tədbirin təşkilatı tərəfdaşı qismində isə "Iteca Caspian" MMC çıxış edir.
Su texnologiyaları sərgi-forumunun keçirilməsinin aktuallığını Azərbaycan ərazisində həyata keçirilən və planlaşdırılan genişmiqyaslı layihələrlə, habelə ölkədə fəaliyyət göstərən müəssisələrdə ən yeni avadanlıq və texnologiyaların tətbiqi və istifadəsinin geniş perspektivləri, həmçinin sərmayədarların regiona artan marağı ilə əlaqələndirmək olar.
Debüt sərgi ziyarətçilərin diqqətinə içməli su təchizatı, tullantı suların təmizlənməsi yağış sularının kənarlaşdırılması sistemləri, mikrotunel inşası, içməli suyun analizi üçün ölçü cihazları və tənzimləyici texnologiyalar, pompalar, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermik texnologiyalar, suyun duzsuzlaşdırılması, habelə su təchizatı və kanalizasiya sahəsində mövcud olan digər ən yeni texnologiyaları təqdim edəcək.
"CATEF 2013" sərgisi ilə paralel olaraq "Marriott" mehmanxanasında Xəzər Beynəlxalq Su Texnologiyaları forumu da keçiriləcək. Sərgi və forumun paralel keçirilməsi isə qabaqcıl texnologiyaların nümayişi ilə bu sahənin aktual məsələlərinin müzakirəsini səmərəli şəkildə birləşdirməyə imkan verəcək.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar