İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

ABŞ-da internet saytlara qarşı senzura sərtləşir

16.12.2010 [18:03]

Fontu böyüt:      

Hava Qüvvələri «Wikileaks», «New York Times», «Guardian» və «Der Spiegel»-i oxumağı qədağan etdi. ABŞ Hava Qüvvələri ölkəsəfirliklərinə məxsus məxfi yazışmaları ifşa edən «Wikileaks» saytı və bu saytla əməkdaşlıq edən üç mətbuat orqanının saytlarına girişi bloklayıb. Bu addım Ağ Evin Nəzarət və Büdcə Bürosunun «Wikileaks» və digər saytlar vasitəsilə yayımlanan sənədlərə hökumət işçilərinin və hökumətlə əlaqəli təşkilatların çıxışına qoyduğu qadağaya uyğun olaraq atılıb.

Hava Qüvvələri «Wikileaks», «New York Times», «Guardian» və «Der Spiegel»-i oxumağı qədağan etdi.

ABŞ Hava Qüvvələri ölkəsəfirliklərinə məxsus məxfi yazışmaları ifşa edən «Wikileaks» saytı və bu saytla əməkdaşlıq edən üç mətbuat orqanının saytlarına girişi bloklayıb. Bu addım Ağ Evin Nəzarət və Büdcə Bürosunun «Wikileaks» və digər saytlar vasitəsilə yayımlanan sənədlərə hökumət işçilərinin və hökumətlə əlaqəli təşkilatların çıxışına qoyduğu qadağaya uyğun olaraq atılıb.

Hava Qüvvələrində çalışan mayor Toni Touns «Wikileaks»-lə yanaşı, saytın əməkdaşlıq etdiyi ABŞ-ın «New York Times», İngiltərənin «Guardian» qəzetləri və Almaniyanın «Der Spiegel» jurnalının internet saytlarına da girişi bloklayıb. T.Touns bu qərarın Ağ Evdən gələn təlimata uyğun olduğunu bildirib: «Bu qərar avqustda qəbul edilən və Hava Qüvvələri personalının «Wikileaks» vasitəsilə məxfi sənədləri oxuması və ya kompüterə yükləməsini qadağan edən təlimata uyğun olaraq verilib». Başqa saytlara qarşı tətbiq edilən qadağalara gəlincə, Touns bu qərara aydınlıq gətirə bilməyib.

«Wikileaks»-in son illər açıqladığı məxfi sənədlərdən ən çox payını alan dövlət təşkilatlarından Daxili İşlər və Müdafiə nazirlikləri sızdırılan sənədlərin təsirini yüngülləşdirmək üçün yeni tədbirlərə əl atacaqlarını bəyan etmişdilər.
Qeyd edək ki, İngiltərə məhkəməsinin qərarı ilə 380 min dollar girov müqabilində «Wikileaks» saytının qurucusu Culian Asanj barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Amma İsveç tərəfinin şikayəti üzündən Asanjın dərhal azad edilməsi mümkün olmayıb. Qərar Ali Məhkəmədə təsdiqləndikdən sonra Asanj ev dustağı olacaq. Məhkəmə prosesi gələn ilin yanvarında davam edəcək. Xatıradaq ki, İsveç prokurorluğu Asanja qarşı şübhəli seksual təcavüz ittihamları irəli sürüb. «Zərərçəkən» qızlar Asanjla könüllü olaraq əlaqədə olsalar da, İsveç qanunlarına əsasən Asanj qoruyucu vasitədən istifadə etməmək və ya qüsurlu vasitədən istifadə etməkdə günahlandırılır. Əsas iddiaçı Anna Ardinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələri də üzə çıxıb.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar