İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Milli İnternet Mükafatı – Milli Net 2014 başlayır

23.09.2014 [11:14]

Fontu böyüt:      

Milli Net Təşkilat Komitəsi bildirir ki Milli İnternet Mükafatına 25 sentyabr tarixdə start veriləcək. İddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz İnternet resursları və İnternet layihələrini təqdim edə bilərlər.
Milli Net Təşkilat Komitəsi bildirir ki Milli İnternet Mükafatına 25 sentyabr tarixdə  start veriləcək.
İddiaçılar www.millinet.az saytında  qeydiyyatdan keçərək öz İnternet resursları və İnternet layihələrini təqdim edə bilərlər.

Milli İnternet resursların cari ildəki yarışmasında 2 yeni Nominasiya – “Qarabağ haqqında saytlar“ və   “Mobil tətbiqlər” Nominasiyaları daxil edilib. Dövlət və bələdiyyə resursları nominasiyasının adı dəyişdirilərək “Elektron hökumət” Nominasiyası adlandırılıb.
Beləliklə Milli Net 2014 yarışması  14 Nominasiya üzrə keçiriləcək.

1.    Korporativ saytlar
2.    İctimai-sosial saytlar
3.    Media və İnformasiya
4.    Mədəniyyət, incəsənət və turizm saytları
5.    Ailə, uşaq və sağlamlıq
6.    Asudə vaxt, idman və əyləncə
7.    Bloqlar
8.    Elm və təhsil
9.    Elektron hökumət
10.    Xidmət (Servis)
11.    Qarabağ haqqında saytlar
12.    İstifadəçi kontenti üzərində qurulmuş saytlar
13.    Mobil tətbiqlər
14.    Ən yaxşı sosial şəbəkə səhifəsi

Ötən ildə olduğu kimi saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Hazırda Münsiflər Heyətinin formalaşdırılması prosesi davam edir.
Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilmir. Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az  saytında yerləşdirilir.
Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlər əsaslandırılır.

Müsabiqədə 14 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.

Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və 25 noyabrda qeydiyyat başa çatacaq.  Qiymətləndirmə prosesi dekabrın 15 –dək davam edəcək. Milli Net 2014 yekun Təqdimat mərasimin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azercell və Delta Telekom şirkətləri dəstək verir.

Geniş məlumat : www.millinet.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar