Fontu böyüt:
ABŞ-da xüsusilə məşhur olan Twitter-in köməyi ilə Dell pul qazanır. 3 milyon dollar gəlir əldə edən Dell bunun üçün 2 il vaxt sərf edib.
Twitter üzərindəki @DellOutlet kanalından elanları izləyən istifadəçilərə xüsusi kampaniyalar təqdim edib.
Təxminən 600 min adamın üzv olduğu Dell-in Twitter kanalına xüsusilə gənc istehlakçılar maraq göstəriblər.
Ən əsası da odur ki, Dell demək olar ki heç bir xərc çəkmədən pul qazanmağın yolunu tapıb. İnternetə istiqamətlənən xüsusi kampaniyalar Dell-in əsas gəlir mənbəyi olub.