Müsabiqədə ölkədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən yazan jurnalistlər və bloqçular iştirak edə bilər.
Müsabiqə 3 istiqamət üzrə keçirilir
Müsabiqədə ölkədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, elektron xidmətlərin hazırlanması və tətbiq edilməsi prosesini araşdırıb yazan, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən yazan jurnalistlər və bloqçular iştirak edə bilər.
Müsabiqə 3 istiqamət üzrə keçirilir :
1. Müsabiqəyə bəlli mövzular üzrə məqalələr təqdim oluna bilər. Təqdim olunan yazıların Onlayn media resurslarında (onlayn xəbər resursları, populyar xəbər bloqları (son 1 il ərzində yaradılan bloqlar) və s) dərc olunması vacibdir.
Yazı mətninin həcmi 5 min işarədən çox olmamalıdır. Müsabiqəyə 15 sentyabr 2013-cü ildən 15 noyabr 2013-cü il tarixədək dərc edilən materiallar qəbul olunur. Materialların qəbulu 20 noyabr 2013-cü il tarixədək həyata keçiriləcək.
Müsabiqəyə təqdim olunan materialın orjinalı Azərbaycan dillində çap edilmiş olmalıdır.
2. Müsabiqə çərçivəsində Tvitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq. Müsabiqənin iştirakçıları, ölkədə elektron hökumət quruculuğu ilə bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin, təklif və rəylərin müəllifləri- mikrobloqçulardır Müsabiqə çərçivəsində olan bu tip tvitlər 15 sentyabrdan 15 noyabr tarixədək müddətdə yalnız #ehokumət həştəqi vasitəsilə yazılmalıdır
3. Müsabiqə çərçivəsində yalnız tələbələr üçün Twitter mikrobloqunda e-təhsil, təhsil sistemində informasiya texnologiyaların tətbiqi ilə bağlı yarışma da təşkil olunur.
Tələbələr təhsilin informasiyalaşdırılması, elektron təhsil, distant təhsil, elektron tədris resursları, sosial medianın təhsilin keyfiyyətinin qaldırılmasında rolu və s. bu kimi sahələr üzrə faydalı fikirlərini, təklif və rəylərini Twitter şəbəkəsində açıqlayırlar. Bu cür tvitlər 15 sentyabrdan 15 noyabr müddətində #etehsil həştəqi ilə yazılmalıdır.
Müsabiqə Qaydaları, yazıların mövzuları, qiymətləndirmə meyarları ilə bağlı daha geniş məlumatı
buradan əldə etmək olar.
Qaliblər xüsusi prizlərlə, qiymətli hədiyyələrlə ( planşetlər, smartfonlar, netbuklar və s.) mükafatlandırılacaqlar.
Layihə RİTN –in dəstəyi və Nar Mobile- in Baş sponsorluğu ilə keçirilir.