“Turizm ili” bu sahədə yeniliklər tələb edir
“Azərbaycanda Geoinformasiya Texnologiyaları əsasında turizm məlumat bazasının yaradılmasının zəruriliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Regional Mərkəzi Fondunun sədri Çingiz İsmayılov bildirib ki, turizm mərkəzlərində qiymətlərin baha, xidmətlərin aşağı səviyyədə olması inkişafa mənfi təsir göstərir. Digər tərəfdən 2011-ci ilin ölkəmizdə “Turizm ili” kimi qeyd olunması bu sahədə yeniliklər tələb edir.
O da vurğulanıb ki, qeyri-neft sektorunun ən vacib sahələrindən biri məhz turizmdir. Lakin saytlarda potensial turist üçün ətraflı məlumatın olmaması ölkəyə turist axının sürətlənməsinə imkan vermir. Bu baxımdan turizm obyektlərinin internet səhifələrində bir neçə dildə daha ətraflı məlumatın yerləşdirilməlisi vacibdir.