İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elektron ticarətin zəif inkişafının səbəbi nədir?

07.03.2013 [13:38]

Fontu böyüt:      

Aparılan araşdırmalar göstərir ki, ötən il ərzində ölkə ərazisində 46 hüquqi və fiziki şəxsə məxsus ticarət müəssisələri öz fəaliyyətində elektron ödəniş sistemlərindən istifadə edərək "Elektron ticarəti" tətbiq edib.
Aparılan araşdırmalar göstərir ki, ötən il ərzində ölkə ərazisində 46 hüquqi və fiziki şəxsə məxsus ticarət müəssisələri öz fəaliyyətində elektron ödəniş sistemlərindən istifadə edərək "Elektron ticarəti" tətbiq edib.
2012-ci ildə pərakəndə əmtəə dövriyyəsində elektron ticarət dövriyyəsinin həcmi 1 milyon 599,8 min manat olub. 
Elektron ticarət üzrə istehlak mallarının satışının 79,9%-i hüquqi şəxslərin, 20,1%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin ticarət müəssisələrində həyata keçirilib. Elektron ticarət dövriyyəsinin 93,3%-ni qeyri-ərzaq mallarının satışı təşkil edib. 
Ekspertlər isə elektron ticarətin həcminin çox az olduğunu bildirir və internet üzərindən həyata keçirilən belə sövdələşmənin məbləğinin Qərb ölkələrilə müqayisədə dəfələrlə az olmasını müxtəlif səbəblərlə izah edir. Məsələn, qeyd olunur ki, bu sahənin inkişaf etməməsinin əsas səbəbi Azərbaycan bazarında elektron ticarət xidmətlərinin saytlarının olmamasıdır. Ekspertlərin fikrincə, fəaliyyət göstərən veb-saytlara əhali arasında inam yoxdur və internet üzərindən ticarət əməliyyatları edən insanlar daha çox xarici saytlara üstünlük verir. Bəzi hallarda elektron ticarətlə məşğul olan şirkətlər bildirir ki, gətirilən mallara məsuliyyət daşımırlar. Belə olan halda alıcının həmin şirkətə, eləcə də e-ticarətə olan marağı və inamı azalır. Maraqlıdır ki, həmin ticarətlə məşğul olan şirkətlərin bəziləri də əhalinin elektron ticarətə marağının zəifliyindən və insanların elektron ticarətlə məşğul olan şirkətlərə inamın olmamasından şikayətlənir. 
1+Ekspertlər deyir ki, insanlarda elektron ticarət vərdişi də yoxdur. Bu mənada hesab edilir ki, insanlarda bu vərdişi yaratmaq üçün elektron ticarətə müəyyən güzəştlər edilməli və bu hal müəyyən müddət davam etməlidir. Ölkəmizdə elektron ticarətin inkişafının gecikməsinin əsas göstəricilərindən biri plastik kartların azlığıdır. Ölkədə 5 milyondan artıq plastik kart var və onlardan təxminən 85 faizi maaş və pensiyaların ödənilməsi məqsədilə vətəndaşlara verilmiş kartlardır. Həm də əhali plastik kartlardan əksər hallarda bankomatlardan nağd pulun çıxarılması məqsədilə istifadə edir. Buna səbəb isə plastik kartların istifadə edilməsi qaydalarının daha az qavranılması və marifləndirmə sahəsində işlərin aparılmamasıdır. 
Elektron kommersiya, dünyada yüksək inkişaf mərhələsində olmasına baxmayaraq, yerli bazarda yeni sektordur və ölkəmizdə internetin, internet istifadəçilərinin aktivliyi və plastik kart əməliyyatlarının inkişafı ilə sıx bağlıdır. Lakin bu sahənin inkişafı qaçılmazdır, çünki günü-gündən qloballaşan və elektronlaşan dünya buna zəmin yaradır. Məsələn, bir neçə il əvvəl internetdən hər hansı bir mal və ya xidmətin alınması qeyri-adi hal kimi qiymətləndirilirdisə, indi bu adi hala çevrilib. Xatırladaq ki, ölkədə elektron ticarət 2005-ci ildə qəbul edilmiş "Elektron Ticarət Haqqında" Qanunla tənzimlənir. Bu fəaliyyət növü ilə məşğul olmaq üçün qanunverici baza var, lakin ən önəmlisi istehlakçıların buna hazır olmasıdır ki, bu proses hələ zəif inkişaf edir. Ekspertlərin fikrincə, elektron kommersiya satış imkanlarını artırmaqla yanaşı, həm də satış xərclərinin azaldılmasına gətirib çıxarır. Həmin məhsulları mağazada satmaqla əlavə xərc çəkməkdənsə, anbardan çıxarıb birbaşa istehlakçıya çatdırır. Lakin buna rəğmən ondan istifadə səviyyəsi aşağıdır. 
Ekspertlər vurğulayır ki, ölkədə elektron ticarətin inkişafı üçün ilk növbədə insanları bu sahəyə cəlb etmək lazımdır. Bunun üçün müəyyən güzəştlər tətbiq edilməli və konkret addımlar atılmalıdır. Məsələn, elektron ticarətə müəyyən vergi güzəştləri tətbiq edilə bilər. Qeyd edək ki, elektron ticarətin daha çox inkişaf etdiyi ABŞ və bir çox Avropa ölkələrində insanları e-ticarətə cəlb etmək üçün müəyyən müddətdə bu ticarət növü vergidən azad edilir. Nəticədə elektron alış-veriş ənənəvi ticarətdən daha ucuz başa gəlir. 
Analoji təcrübənin Azərbaycanda da tətbiqi zəruri sayılır. Lakin hələlik bu istiqamətdə istənilən addım atılmır.  Samirə SƏFƏROVA

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar