Fontu böyüt:
«Playfon» beynəlxalq multimedia əyləncələri provayderi «Sony Ericsson» şirkətinin «PlayNow» xidmətinin Qazaxıstan və Azərbaycan ərazisində tətbiqini təmin edib.
Yeni regionların xidmət şəbəkəsinə qoşulması «Sony Ericsson» və «Playfon» şirkətlərinin mobil əyləncə məhsulları və xidmətlərinin inteqrasiyası və yayılması sahəsində əməkdaşlığı çərçivəsində həyata keçirilib.
«PlayNow» xidməti veb-brauzerdən istifadə etmədən multimedia kontentini yükləməyə imkan verən dinamik veb-əlavədir. «PlayNow» sisteminin təkmilləşdirilməsi istehsalçının xidmət strategiyasının əsas elementlərindən biridir.
«PlayNow»nun coğrafiyasının genişləndirilməsi şirkətin strategiyasının həyata keçirilməsində daha bir addımdır.
Belə ki, 2008-ci ildə «Playfon»un dəstəyi ilə «PlayNow» Rusiya və Ukraynada istifadəyə verilib, bu il isə «Playfon»la «Sony Ericsson»un əməkdaşlığının genişləndirilməsi nəticəsində Qazaxıstan və Azərbaycan istifadəçiləri də bu istehsalçıların geniş kontent bazasından yararlanmaq imkanı əldə ediblər.