İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azercell-in prezidenti vəzifədən gedir

25.12.2014 [13:07]

Fontu böyüt:      

2012-ci ilin sentyabrdan Azercell Telekom MMC-nin prezidenti vəzifəsini icra edən Kiril Qaburiç müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq vəzifəsindən gedir.

2012-ci ilin sentyabrdan Azercell Telekom MMC-nin prezidenti vəzifəsini icra edən Kiril Qaburiç müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq vəzifəsindən gedir. Məlumatı Azercell-in mətbuat xidməti yayıb. 

Kiril Qaburiç  14 ilə yaxın "TeliaSonera" qrupunda çalışıb, Azercell-dən əvvəl Moldcell şirkətinin prezidenti kimi fəaliyyət göstərib. 

TeliaSonera şirkətlər qrupunun vitse-prezidenti və Avrasiya regionunun prezidenti Erik Hallberg Azercell-in prezidenti vəzifəsindən Kiril Qaburiçin getməsi ilə bağlı açıqlama verib: “Müqaviləsinin qüvvədə olma müddəti başa çatarkən Kiril Qaburiçin Qrup xaricində yeni imkanlara doğru istiqamətlənməsi ərəfəsində mən ona il ərzində sərf etdiyi bağlılıq, zaman və səylərinə görə təşəkkürümü bildirmək istərdim. Mən böyük səmimiyyətlə ona gələcəkdə böyük uğurlar arzu edirəm. ”

2015-ci il yanvar ayının 5-dən, şirkətin təsisçisi yeni prezident təyin edilənəcən Azercell Telekom-un Hüquq Departamentinin rəhbəri Vahid Mürsəliyev  şirkətin prezidenti vəzifələrini icra edəcək.

Vahid Mürsəliyev 2005-ci ildə Azercell-də çalışır, şirkət prezidentinin Baş Müşaviri və Hüquq və İdarə İşləri Departamentinin direktoru da daxil olmaqla, müxtəlif rəhbər vəzifələri icra edib.

2000-2001-ci illərdə Vahid Mürsəliyev ABŞ-ın Case Western Reserve Universitetinin Korporativ İdarəetmə üzrə doktorluq dərəcəsini qazanıb. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktoru Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.

Vahid Mürsəliyev
Vahid Mürsəliyev

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar