Fontu böyüt:
Bu gün Yaponiya və ABŞ birləşdirən yeni Trans Sakit Okean internet kabelinin (Trans-Pacific Express Cable Network - TPE) təntənəli istifadəyə verilmə mərasimi keçirilib. Kabelin işə salınmasını Yaponiyanın NTT telekommunikasiya operatorunun nümayəndələri həyata keçiriblər.
NTT-də qeyd edirlər ki, yeni şəbəkə magistralı Yaponiyanın internet seqmentinin rabitə sürətini və çıxışını yaxşılaşdırmaqla yanaşı həmçinin Şimalı Amerika-Avrasiya şəbəkə sisteminin fəaliyyətinin davamlılığına müsbət təsir göstərəcək. 18 000 kilometrdən də artıq uzunluqlu TPE kabel sisteminin Çin, Cənubi Koreya və Tayvana xüsusi şaxələri ayrılıb.
Misal üçün, TPE-nin ABŞ-Tayvan hissəsində maksimal keçirtmə qabiliyyəti saniyədə 5,12 terabitədək çata bilər.
Kabel sisteminin operatoru isə Yaponiyanın Shin Maruyama şirkətidir.