Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, 7 – 9 noyabr tarixlərdə Park İnn Hotelində Startup Günləri keçiriləcək.
Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, 7 – 9 noyabr tarixlərdə Park İnn Hotelində Startup Günləri keçiriləcək.
Startup Günlərinin keçirilməsində məqsəd “İKT İli” elan olunan cari ildə ölkədə milli startup infrastrukturun inkişafına təkan vermək, yeni startupların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək, startupçılar arasında əlaqələri gücləndirmək və yeni yaradılan qurumların - İT-nin İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının imkanları haqqında startupçıları məlumatlandırmaqdan ibarətdir.
Startup Günləri çərçivəsində Konfrans keçirilməsi, gənc və yeni başlayan startupçılar üçün Təlimlərin keçirilməsi, innovativ biznes ideyaların və yeni İnternet layihələrinin ilkin variantlarının yarışmasını təşkil etmək, onların fəaliyyətdə olan yerli startup sahibləri ilə görüşlərini keçirmək nəzərdə tutulub.
Konfransda ölkədə startup infrastrukturun formalaşması sahəsində mövcud vəziyyət, yeni startupların stimullaşdırılması və investisiya əldə etmək imkanları, xüsusilə də yeni yaradılan qurumların - İT-nin İnkişafı Dövlət Fondunun hansı prinsiplər və prioritetlər üzrə startuplara maliyyə dəstəyi göstərməsi, Yüksək Texnologiyalar Parkının startuplara göstərəcəyi dəstək ətrafında müzakirələr aparılacaq.
Startup Günlərində startupçılar innovativ biznes ideyalar ətrafında Komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi yeni startup Layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda bu Layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların, həmçinin GoldenPay, Cybernet və Multibon şirkətlərinin qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.
Startup Günlərinə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Yüksək Texnologiyalar Parkı və İnfiPro dəstək verir.
Startup Günlərinin Baş sponsoru Bakcell şirkətidir.