İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

3G lisenziyası almaqdan ötrü “Azercell”in rəsmi müraciətləri cavabsız qalıb

08.12.2009 [17:15]

Fontu böyüt:      

Azərbaycanda mövcud olan dəyərləri qorumaq, yeni dəyərləri yaratmaq və yaratdığı dəyərləri paylaşmaq məqsədi ilə fəaliyyət göstərən “Azercell” şirkəti 3G texnologiyasının təqdimatına artıq iki ildən çoxdur ki, hazır olduğunu bildirir.

Azərbaycanda mövcud olan dəyərləri qorumaq, yeni dəyərləri yaratmaq və yaratdığı dəyərləri paylaşmaq məqsədi ilə fəaliyyət göstərən “Azercell” şirkəti 3G texnologiyasının təqdimatına artıq iki ildən çoxdur ki, hazır olduğunu bildirir. Bu haqda şirkətin yaydığı bəyanatda deyilir:

2008-ci ildə İKT sahəsində Azərbaycanın ən vacib tədbiri olan BakuTel sərgisində 3G texnologiyasını təqdim edən “Azercell” bu ilki sərgidə artıq 4G mobil texnologiyasını sınaqdan keçirmişdir.

Mobil rabitənin əhatə dairəsinin genişlənməsi və yeni texnologiyaların, xüsusilə 3G və daha qabaqcıl olanların tətbiqi Azərbaycanda informasiya texnologiyalarının gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Məhz bu texnologiyalar bütün iş adamlarının və sıravi vətəndaşların informasiya məkanına qovuşmağına imkan yaradır. Biliklərə əsaslanan cəmiyyətin əsas mühərriki kommunikasiya xidmətləridir. Bu növ xidmətlər iqtisadi artıma, sosial sahəyə və ətraf mühitə töhvə verir, daxili və xarici sərmayələri cəlb edir. Bütün operatorlar üçün bərabər şərait yaratmaqla və innovativ texnologiyaların tətbiqinə imkan açmaqla Azərbaycan, İT sahəsində Qafqazdakı birinciliyini qoruyub saxlaya və həqiqi informasiya cəmiyyətinə çevrilə bilər. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda 3G-ni təqdim etmək üçün ”Azercell” artıq iki ildən çoxdur ki hazırdır. Bu yalnız yeniliyin təqdim olunması və texnoloji baxımdan hazırlıq deyil, həmçinin müvafiq telefon modellərinin, cihazların təminatı və onların müştərilərə təqdimatı da daxildir. Biz 3G lisenziyası almaqdan ötrü müvafiq uyğunluq sertifikatları əldə etmək üçün müxtəlif tarixlərdə müvafiq strukturlara  bir neçə dəfə yazılı müraciətlər  etmişik. Lakin bu günə qədər həmin rəsmi müraciətlərimizə heç bir cavab almamışıq.

İqtisadi cəhətdən inkişaf etmiş istənilən ölkədə olduğu kimi, biz inanırıq ki, Azərbaycanda da həm siravi vətəndaşlar, həm də iş adamları ən müasir texnologiyaların bütün üstünlüklərindən faydalanmaq hüquqlarına malikdirlər. Təbii ki, davamlı inkişaf və innovasiyalar böyük sərmayələr tələb edir. Burada vurğulamaq yerinə düşərdi ki, “Azercell“ fəaliyyət göstərdiyi 13 (on üç) il ərzində ölkə iqtisadiyyatına təqribən 1 (bir) milyard ABŞ dolları məbləğində sərmayə yatırmışdır. Məhz bu baxımdan hesab edirik ki, 3G lisenziyası bütün operatorlara eyni zamanda  verilsə,  onlara öz müştərilərinə ən son texnologiyaları təqdim etmək üçün bərabər şərait yaratmış olar. Bu isə öz növbəsində İKT sektorunun inkişafı üçün daha geniş imkanlar yaradar. Bildiyimiz kimi, İKT sektorunun inkişafı ölkə Prezidenti tərəfindən əsas prioritetlərdən biri kimi elan olunmuşdur ki, bunu da rəhbər tutaraq, “Azercell Telekom” MMC öz tərəfindən, Azərbaycanda telekommunikasiya infrastrukturunun və xidmətlərinin gələcək inkişafına sərmayə yatırmaqda israrlıdır və həm ölkəmizin, həm də  xalqımızın firavan gələcəyinə öz töhvəsini vermək əzmindədir.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar