İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elektron Hökumət Portalı müsabiqənin şərtlərini açıqladı

16.01.2015 [13:39]

Fontu böyüt:      

Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi www.data.gov.az portalının Açıq Məlumatlarından istifadə etməklə "Bax, istifadə et və yarat" adlı mobil əlavələrin hazırlanması müsabiqəsini elan edir.

Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi www.data.gov.az portalının Açıq Məlumatlarından istifadə etməklə "Bax, istifadə et və yarat" adlı mobil əlavələrin hazırlanması müsabiqəsini elan edir.

İKT mütəxəssisləri, START UP-çılar, tələbələr və s. üçün nəzərdə tutulan yanvarın 15-dən aprel ayının 15-nə qədər davam edəcək bu müsabiqəyə qatılmaq üçün Açıq Məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar yaradıb müsabiqəyə təqdim etmək lazımdır.

Açıq Məlumat-azad şəkildə heç bir məhdudiyyət qoyulmadan istənilən şəxs tərəfindən istənilən məqsədlə istifadə edilən, şəkli dəyişdirilərək başqa formaya salınan (sxem, xəritə, diaqram və s.) və paylaşılan məlumatlardır. İctimai əhəmiyyət daşıyan bu məlumatlardan, heç bir patent, lisenziya, icazə və məhdudiyyət olmadan istifadəçilər istənilən vaxt istənilən formada yararlana bilər. Məlumatlar proqram təminatlarının yaradılmasında istifadə edilə bilən formatda olmalı və əməliyyat sistemləri tərəfindən oxuna bilinməlidir. Açıq Hökumət məlumatları ictimai xarakter daşıyan məlumatların məs, iqtisadi inkişaf statistikası, hava praqnozu, yağmur xəritəsi, seymsmik zonalar xəritəsi, poçt məntəqələri, taksafon aparatları məntəqələri, nəğd ödəniş terminalları, rabitə tarifləri, şəhərlərarası və beynəlxalq kodlar və s. vətəndaşların istifadəsinə verilir. İstənilən vətəndaş (proqramist və s.) bu məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar yaradıb müsabiqəyə təqdim edə bilər.

Müsabiqənin tələbləri:

Müsabiqəyə təqdim ediləcək mobil əlavələrin hazırlanması üçün www.data.gov.az portalına daxil olmaqla açıq məlumatlar siyahısından istifadə etməlisiniz.

Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə www.e-gov.az portalında qeydiyyatdan keçməli, materialları göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir. Qeydiyyat 2015-ci il martın 15-dək aparılacaq. Materialların son qəbul olunma tarixi aprel ayının 15-dir.

Müsabiqə üçün hazırlanmış materiallar bu ünvana göndərilməlidir - [email protected].

 

Müsabiqənin mükafat fondu:

1-ci yer - 2000 manat

2-ci yer - 1000 manat

3-cü yer 500 manat
 

 Müsabiqə 15 yanvar 2015 cü ildən 15 aprel 2015-ci ilə qədər davam edəcək, materiallar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək.

Müsabiqə barədə daha geniş məlumatları "Elektron hökumət" portalından (www.e-gov.az) və www.data.gov.az saytından əldə etmək olar.

Əlaqə telefonları: 157 (dax.4), (012) 5984271. Faks: (012) 565 14 52.

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar