İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

«Wikileaks» müharibəyə başladı...

10.12.2010 [22:39]

Fontu böyüt:      

«Wikileaks» saytının qurucusu Culian Asanjın həbsinə və onun saytına qarşı təzyiqlərə etiraz əlaməti olaraq naməlum hakerlər İsveç hökumətinin rəsmi saytına basqın edərək saytı sıradan çıxarıblar və yenidən qayıdacaqları barədə xəbərdarlıq ediblər. İsveç hökumətinin «regeringen.se» adlı rəsmi saytı bir neçə saat ərzində oflayn vəziyyətdə qalıb və istifadəçilər yalnız «saytı açmaq mümkün deyil» qeydi ilə üzləşiblər.

«Wikileaks» tərəfdarları iqtisadiyyata milyardlarla dollar zərər vurmağa hazırlaşır

Hakerlər artıq İsveç hökumətinin saytını, «Visa», «MasterCard» və «PayPal» sistemlərini sıradan çıxarıblar

«Wikileaks» saytının qurucusu Culian Asanjın həbsinə və onun saytına qarşı təzyiqlərə etiraz əlaməti olaraq naməlum hakerlər İsveç hökumətinin rəsmi saytına basqın edərək saytı sıradan çıxarıblar və yenidən qayıdacaqları barədə xəbərdarlıq ediblər. İsveç hökumətinin «regeringen.se» adlı rəsmi saytı bir neçə saat ərzində oflayn vəziyyətdə qalıb və istifadəçilər yalnız «saytı açmaq mümkün deyil» qeydi ilə üzləşiblər.

Bu arada «Wikileaks» saytı üçün ianələrin köçürülməsi əməliyyatlarına qarşı sanksiyalar tətbiq edən «Visa», «MasterCard» və «PayPal» ödəmə sistemləri də Milad öncəsi internet alış-verişinin intensiv bir vaxtında haker hücumlarına məruz qalıblar. İnternet bazarlığında problemlər yaşanıb və bir müddət xidmətlər sıradan çıxıb. İndi hakerlərin hədəfində «Amazon» yer alıb.

Hazırda dünyanın müxtəlif yerlərindən daha çox gənclər kampaniyaya qoşulmaqdadır. Onlar müəyyən saytlara qarşı kütləvi basqınlar təşkil etməyə hazırlaşırlar. Belə ki, dünyanın müxtəlif yerlərindən on minlərlə «Wikileaks» tərəfdarı hansısa naməlum mərkəzdən hücum göstərişi gözləyirlər. Göstəriş daxil olduqdan sonra hamı eyni vaxtda hədəf olaraq göstərilən sayta daxil olmağa başlayacaq və istifadəçilərin kütləvi axını saytın imkanlarını üstələdikdə həmin internet saytın sıradan çıxması baş verəcək. Minlərlə «Wikileaks» tərəfdarı «botnet» adlanan proqrammı öz kömpüterlərinə yükləyiblər. Onun köməyi ilə hücum əmri çoxaldılaraq paylanacaq. Yəni hər hansı bir sayta kütləvi axın təşkil etmək üçün əziyyəti «Wikileaks» tərəfdarları deyil, saləcə «botnet» çəkəcək.

Bu arada kredit kartlarının detallarının ələ keçirilə biləcəyindən ehtiyatlanan internet alıcıları bu yolla alış-verişdən imtina etmək qərarına gəliblər. Belə davam edərsə, virtual müharibə bir sıra şirkətlərə milyonlarla və bəlkə də milyardlarla dollar zərər vura bilər. Şərti olaraq «haktivistlər» adlandırılan bir qrupp haker bütün bunlarla söz azadlığının müdafiəsi naminə hərəkət etdiklərini bildirirlər. Onların yaydığı açıqlamada deyilir: «Salam, Dünya! Biz anonimlərik. Sizin bizim barəmizdə bildikləriniz və ya bilmədiklərinizin məsələyə dəxli yoxdur. Biz sizə, mediaya, azad dünyanın bütün vətəndaşlarına yazmaqla mesajlarımız, niyyətlərimiz, potensial hədəflərimiz və azadlıq uğrunda davam edən dinc kampaniyamız barədə məlumat veririk.

Mesajımız sadədir: ifadə azadlığı. Anonimlər ifadə azadlığının hər yerdə və bütün formalarda təmin olunması üçün dinc üsullarla kampaniya aparır. İfadə azadlığı internet, jurnalistika və jurnalistlər və geniş mənada bütün dünya vətəndaşları üçün olmalıdır. Sizin nə düşündüyünüz və nə deyəcəyinizdən asılı olmayaraq, biz sizin üçün kampaniya aparırıq».

mənbə: Bizimyol qəzeti


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar