Fontu böyüt:
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan bildiriblər ki, amerikalı dizayner Brendon Makaluso karton korpuslu kompyuter yığıb.
Recompute adlı kompyuter fevralın sonunda Nyu-Yorkda keçiriləcək Greener Gadgets Design Competition müsabiqəsində təqdim olunacaq.
Bu qeyri-adi kompyuter korpusunun hazırlanmasında metal və plastikdən istifadə olunmayıb. Korpus yalnız büzmələnmiş kartondan ibarətdir. Bu, korpusun istehsal xərclərini xeyli azaldır. Karton korpus ekoloji cəhətdən təmiz olur və onun emal prosesi asanlaşır.
Bundan əlavə, karton materialı korpusun içərisində havanın dövr etməsinə mane olmur. Nəticədə kompyuterin komponentləri daha yaxşı soyudulur. Lazım gələrsə karton korpusda əlavə ventilyasiya üçün deşiklər açmaq da mümkündür.
Karton korpuslu kompyuter Brendon Makaluso Intel Core 2 Duo prosessoru, iki qiqabayt operativ yaddaş, səkkiz USB portu və digər standart çıxışlarla təmin edilib.