Fontu böyüt:
Windows Phone 7 bazarda öz yerini almadan əvvəl bir çox rəqib şirkətlər Microsoftun yeni telefonu haqqında şərhlər bildirməyə başlayıblar.
Windows Phone 7 haqqında şərh söyləyən sonuncu insan Google şirkətinin mühəndislik deportamentinin sədri Andy Rubin olub. Rubin Windows Phone 7 haqqında “Gördüyüm ekran görüntülərinin qeyri-adi olduğunu düşünürəm. Amma, dünyanın belə bir telefona ehtiyacı yoxdur. Bu telefonların istehsal edilməsinin tək səbəbi siyasi maraqlardır” sözlərini deyib.
Bəzi mütəxəssislər belə fikirlərin Windows Phone 7-nin daha da çox satılmasına xidmət edəcəyini deyirlər. Və digər şirkətlərin belə söz deməsi Windows-un piyar siyasətinin nəticəsidir.