2020-ci ilə qədər yüksək texnologiyalar əsasında məhsulların və xidmətlərin istehsalına 7 milyard dollardan çox vəsait qoyulacaq.
2020-ci ilə qədər yüksək texnologiyalar əsasında məhsulların və xidmətlərin istehsalına 7 milyard dollardan çox vəsait qoyulacaq. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda akkreditasiya olunmuş Avropa Birliyinin üzv ölkələrinin səfirləriylə görüşdə bildirib. Onun sözlərinə görə, ölkə rəhbərliyinin əsas hədəfi ölkə iqtisadiyyatının neft sektorundan asılılığının tədricən azaltmaqdır. Belə olan halda, göstərilən dövrdə (təxminən 20 mld. dollar) ÜDM-un 20 faizi informasiya-kommunikasiya texnologiyaları sektorunun “çiyinlərində” olacaq.
“Hökumət 2016-cı ilə qədər daxil olan trafikin minimal sürətini saniyədə 10 meqabit nəzərə almaqla genişzolaqlı internetdən istifadənin həcminin 85 faiz artımına nail olmaq istəyir. İKT sektorunun inkişafı üçün əlverişli şərtlərin yaradılması, rəqabətə davamlılıq mühitinin yaxşılaşdırılması, gömrük, vergi, pul-kredit və maliyyə-kredit siyasətinin yumşaldılması planlaşdırılır”- deyə nazir Əli Abbasov bildirib.
O da qeyd olunub ki, 2020-ci ilə yerli hökumət bəzi rayonların yüksək dağ kəndləri sakinlərindən başqa ölkə əhalisinin 80 faizinin elektron xidmətlərdən istifadəsinə nail ola biləcək. Təxminən elə bu qədər elektron imza sahibləri də tam ölçüdə “elektron hökumət”in xidmətlərindən istifadə edə biləcəklər.