21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dünən anspress.com saytına daxil olub yeni məlumatlarla tanış olmaq istəyən oxucular bir gün öncənin xəbərlərini görüblər. Portalın şef-redaktoru Kəmalə İsgəndərova news.qaynar.info-ya açıqlamasında bildirib ki, fəaliyyətlərində müvəqqəti texniki problemlər üzə çıxdığından hələlik sayta anspress.ws ünvanının köməyi ilə daxil olmaq mümkün olacaq. Onun sözlərinə görə, problem servis xidməti ilə bağlı yaranıb. Portalın yeni dizaynda olan halında informasiyalar bir qədər azlıq təşkil edir. Amma bu da texniki problemlərlə bağlıdır. Servislə problem həll olunan kimi oxucular anspress.com yazıb, portala girə biləcəklər. Ona görə bir-iki günlük problemə görə, elan verib oxucuları çaşdırmaq istəmirik».
K.İsgəndərova həmçinin bundan sonra saytda daha çox analitik yazılara yer verəcəklərini də deyib. Onun sözlərinə görə, bu zaman portalın öz analitiklərinin yazılarından istifadə olunacaq: «Bizim məqsədimiz portalın öz analitiklərinin formalaşmasıdır. Ekspertlərimiz azdır. Ona görə də gənclərin potensialını görüb onu qabardırıq». (Yeni Müsavat)
Qeyd edək ki, bu gün səhər saatlarında sayt yeni dizaynda normal işləyirdi. Hal-hazırda isə, ANSpress.com və ANSpress.ws saytları ümumiyyətlə açılmır.