Fontu böyüt:
Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən 2009-cu ilin Avropa İnnovativ Müəllimlər Forumunda Azərbaycan müəllimləri “Məzmunda innovasiya” və “Əməkdaşlıqda innovasiya” nominasiyaları üzrə 60 tədris layihəsi arasında ilk onluğa daxil olublar.
Microsoft korporasiyası tərəfindən keçirilən Forumda 40 ölkədən 200-dən artıq müəllim iştirak edib.
Bu gün Azərbaycanın təhsil naziri Misir Mərdanov Forumda iştirak etmiş Azərbaycanlı müəllimlərə beynəlxalq müsabiqənin iştirakçı sertifikatlarını təntənəli surətdə təqdim edib.
Xatırladaq ki, Vyanada Azərbaycanı “Məzmunda İnnovasiya” nominasiyası üzrə Bakı şəhərinin 7 saylı məktəbin müəllimi Gülnarə Səlimova ("Həyat fəlsəfəsində rəqəmlərin möcüzələri" layihəsi), “Əməkdaşlıqda İnnovasiya” nominasiyası üzrə Bakı Avropa Liseyinin müəllimləri Rahilə Əliyarzadə və Bahar Kərimova (“Virtual həyatda təhlükəsizliyini qoru” layihəsi) təmsil ediblər.
Avropanın digər ölkələrinin müəllimləri ilə forum çərçivəsində ünsiyyətdə olan Azərbaycan müəllimlərinin layihələri Xorvatiya və Bolqarıstan nümayəndə heyətinin xüsusi marağına səbəb olub. Əldə edilmiş razılığa görə, Azərbaycan layihələri Xorvatiya və Bolqarıstanın təhsil sistemlərində tətbiq olunacaq.
Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən 2009-cu ilin Avropa İnnovativ Müəllimlər Forumunda Azərbaycan müəllimləri “Məzmunda innovasiya” və “Əməkdaşlıqda innovasiya” nominasiyaları üzrə 60 tədris layihəsi arasında ilk onluğa daxil olublar.
Microsoft korporasiyası tərəfindən keçirilən Forumda 40 ölkədən 200-dən artıq müəllim iştirak edib.
Dünən Azərbaycanın təhsil naziri Misir Mərdanov Forumda iştirak etmiş Azərbaycanlı müəllimlərə beynəlxalq müsabiqənin iştirakçı sertifikatlarını təntənəli surətdə təqdim edib.